10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Qayınatası tərəfindən üzünə “kislota” töküldüyü deyilən qadın öldü
Kriminal 6.05.2022 101

Azərbaycanda qayınatası tərəfindən üzünə "yandırıcı məhlul" tökülərək ağır xəsarətlər yetirildiyi deyilən qadın ölüb.


Telnaz adlı qadın yaşadığı Salyan rayonunun Xələc kəndində dəfn edilib. Bununla bağlı məlumat ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişində verilib. 

Telnazın vəfatından sonra atası Məhəmməd onun əri və qohumlarının gəlib başsağlığı vermədiyini bildirib. Mərhumun anası isə Telnazın son nəfəsində ailəsi ilə bağlı danışdığını deyib: "Dedi ay ana, apar məni, evdə ölüm. Sonra dedi ki, ay Qalib, mənim axırıma çıxdın..."  

Xatırladaq ki, Telnaz bir neçə gün əvvəl sözügedən verilişə xərəkdə çıxarılmışdı. Valideynləri onun üzərinə qayınatası tərəfindən "kislota" tökülərək yandırıldığını və müalicə edilmədiyini iddia edirdilər. Onların sözlərinə görə, hadisədən sonra həyat yoldaşı Telnazı ataraq digər qadınla ailə həyatı da qurub.

Amma digər iddialara əsasən, Telnaz dəri xəstəliyindən əziyyət çəkib, sadəcə 5 ay evdə saxlanılıb və müalicə olunmadığı üçün vəziyyəti ağırlaşıb.

Xatırladaq ki, məlumat ictimailəşdiyi gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən saytımıza bildirilmişdi ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılır.






Starxeber Bizi instagramda izləyin