Hadisə
3.05.2022
143
Mingəçevirdə bədbəxt hadisə baş verib. Azyaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.
Operativ24.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin V. Abdullayev küçəsi Ev 6 mənzil 46 ünvanında qeydə alınıb. Nənəsi evinə qonaq gələn 9 yaşlı Dəniz Hüseynli binanın 4-cü mərtəbəsinin eyvanından yerə düşüb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan D.Hüseynli Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.