17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
TƏCİLİ XƏBƏR! ABŞ hərbçiləri Ukraynaya girə bilər: Qətnamə təqdim edildi
Dünya 2.05.2022 416

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Kinzinqer Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanın müdafiəsi üçün ABŞ hərbi qüvvələrinin istifadəsinə icazə verən qətnamə layihəsi təqdim edib.


Operativ24.Az xəbər verir ki, bu təşəbbüs təsdiq olunarsa, ABŞ prezidentinə Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməsi ssenarisinə cavab vermək üçün ABŞ Silahlı Qüvvələrindən istifadə etmək səlahiyyəti verəcək.

“Dövlət katibi Enton) Blinkenlə danışdıqdan və onun Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı ciddi narahatlığını dinlədikdən sonra, əminəm ki, ABŞ dünya ictimaiyyətinə mənasız zorakılığa dözməyəcəyini nümayiş etdirəcək”-deyə, Kinzinqer bildirib.

Konqresmenin sözlərinə görə, bu qətnamə ABŞ administrasiyasının Rusiya kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə edərsə, müvafiq tədbirlər görməsini təmin etmək üçün hazırlanıb: “Biz bəşəriyyətin müdafiəsinə qalxmalıyıq və bunu müttəfiqlərimizlə birlikdə etməliyik”, - ABŞ qanunvericisi vurğulayıb.

İndiyədək ABŞ prezidenti Cozef Baydenin administrasiyası Amerika qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını qəti şəkildə rədd edərək, belə bir ssenarinin Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskini doğuracağı ilə izah edib.//Oxu24.Az






Starxeber Bizi instagramda izləyin