22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
2 il 6 ay həbs yatdıqdan sonra günahsız olduğu bilindi - AZƏRBAYCANDA
Hadisə 28.04.2022 274

Lənkəran sakini Nurlan Ağazadə 2 il 6 ay həbsdə saxlanandan sonra təqsirsiz olduğu üzə çıxıb.


"Azadlıq Radiosu”na istinadən xəbər verir ki, 2019-cu ilin noyabrından həbsdə olan 30 yaşlı Ağazadə aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb. Belə ki, Bakıda tikintidə fəhlə işləyən Nurlan ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunub. İddia edilib ki, o, hadisəni törədəndən sonra qaçıb və maşınla vurduğu 32 yaşlı qadın ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay həbs cəzası verib. 

 
Nurlan Bakı Ağır Cinayətklər Məhkəməsində ifadə verərkən, sürücülük vəsiqəsi belə olmadığını, hadisə baş verəndə iş yerində olduğunu deyib. Tikintinin icraçısı Qoşqar Sultanov da hadisə vaxtı Nurlanın tikintidə olduğunu təsdiqləyib: "Dedi ki, əmimin balası var, bu işi boynuma götürəcəm. Danladım, xeyri olmadı".

Nurlan qəzanın əmisi tərəfindən törədildiyini, lakin əmisinin xahişi ilə qəzanı üzərinə götürdüyün bildirib. Belə ki, əmisi ona azyaşlı övladlarının olduğunu, evə ondan başqa qazanc gətirənin olmadığını deyərək, bu işi öz üzərinə götürməsini istəyib. Əmisi Nurlana söz verib ki, nəyi varsa, satacaq və onun həbsdə qalmasına imkan verməyəcək.

“Mənə yalvardı, gözümün qabağına uşaqları gəldi. Söz verdi ki, evini, maşınını satacaq, məni həbsdə qoymayacaq. Həm inandım, həm də yazığım gəldi və buna görə də razılaşdım. Mənə izah elədi ki, hadisə harada olub, necə olub. Maşını aparıb hara qoyub. Amma yolda mənə qadının öldüyünü deməmişdi. Həm də yaşlı qadın olduğunu bildirmişdi. Sonradan bilmişəm ki, sən demə, cavan adam imiş, həm də mənimlə danışanda qadın artıq keçinibmiş”, - Nurlan Ağazadə məhkəmədə belə deyib.

Nurlan Ağazadənin vəkili Yeganə Məmmədova bildirib ki, müvəkkilinin 2 il 6 ay günahsız həbsdə saxlanmasıyla əlaqədar kompensasiya almaq üçün məhkəməyə müraciət edəcəklər: "Gözləyəcəyik ki, prokurorluq apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə protest verəcək, yoxsa yox. Bu məsələ ilə bağlı yekun qərar qəbul ediləndən sonra təzminat üçün müraciət edəcəyik. Çünki gənc bir adamı heç bir günahı olmadan 2 il 6 ay həbsdə saxlamaq çox böyük qanunsuzluqdur".






Starxeber Bizi instagramda izləyin