10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Ombudsman ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüş keçirib
Siyasət / Sosial 26.04.2022 258

Ombudsman ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüş keçirib

Ombudsman Səbinə Əliyeva ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyronu qəbul edib.
İlk olaraq S.Əliyeva qonaqlara Azərbaycan Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti,beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətləri, son iki il ərzində həyata keçirilmiş yeniliklər, o cümlədən yeni yaradılan şöbə və sektorlar haqqında məlumat verib.
Daha sonra Ombudsman müxtəlif dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlər və irəli sürülən təkliflər haqqında ətraflı məlumat verib. S.Əliyeva sonuncu illik məruzədə müxtəlif əhali qruplarının hüquqlarının təmininə xidmət edən 70-dən artıq təklif verildiyini qeyd edib.
Bildirilib ki, Ombudsman tərəfindən əhalinin məlumatlılığının artırılması məqsədilə paytaxt və regionlarda tədbirlər keçirilir, maarifləndirici çap materialları yayımlanır,həmçinin Ombudsmanın sosial şəbəkə hesabları vasitəsilə ictimaiyyətə çağırışlar edilir.
Bundan başqa, ATƏT nümayəndəsinə pandemiya dövründə Ombudsmanın mövcud iki qaynar xəttinin vahid mərkəzdə birləşdirilməsi yolu ilə yaradılmış, 24/7 rejimində fəaliyyət göstərən 916 nömrəli Çağrı Mərkəzi haqqında da məlumat verilib.
 Daha sonra qonaqlar informasiya əldə etmək hüququnun təmininə nəzarət funksiyasının icrası ilə bağlı ətraflı məlumatlandırılıb, onlara təsisatın nəşrləri olan “İnformasiya əldə etmək hüququmuzu bilək” və “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı maarifləndirici bukletlər təqdim edilib.
Görüş zamanıdiqqətə çatdırılıb ki, Ombudsman Aparatı tərəfindən Azərbaycanda media azadlığı, jurnalistlərin hüquqlarının müdafiəsi, onların peşə hazırlığının və hüquqi biliklərinin artırılması məqsədilə müxtəlif tədbirlər, təlimlər və seminarlar təşkil edilib.
 Yekunda Ombudsmanona ünvanlanan sualları cavablandırıb.






Starxeber Bizi instagramda izləyin