17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Diyarbəkirin tarixi qala divarları
Mədəniyyət 26.04.2022 296


Çin səddi və İstanbul səddindən sonra dünyanın ən uzun, ən geniş və ən möhkəm divarlarından biri olan Diyarbəkir qala divarları həmçinin Çin səddindən sonra dünyanın kosmosdan görünən ikinci ən böyük tarixi abidəsidir.
Diyarbəkir qalası daxili və xarici qala olmaqla iki hissədən ibarətdir.
Diyarbəkir qalasının dörd əsas qapısı şimalda Dağ qapı (Harput qapısı), qərbdə Urfa (Yunan qapısı), cənubda Mardin qapısı və şərqdə Yeni qapıdır.
Təxminən doqquz min illik tarixi olduğu təxmin edilən Diyarbəkir qala divarları 2015-ci ildə UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilib.
Divarların parametri təxminən 5200 metrdir. Daxili qala ilə birlikdə qala divarlarının ümumi uzunluğu təxminən 5800 metrdir. Təxminən 645 metrlik qala divarı müxtəlif səbəblərdən sökülüb. Qalada 82 qüllə var.
Diyarbəkir qalası bütün şəhəri əhatə edən divar şəklində tikilib. Qala ilə birlikdə müdafiə divarlarının bölgənin yerli əhalisi hurilər tərəfindən eramızdan əvvəl 4-cü minillikdə tikildiyi güman edilir. Qala daha sonra Bizans imperatoru Konstantin tərəfindən bərpa edilib.
Hər memarlıq abidəsinin bir tarixi olduğu kimi, bu qüllələrin də öz əfsanələri var. Rəvayətə görə, ustad və şagirdi ən gözəl binanın tikintisi ilə bağlı mərc edirlər. Divarların cənub tərəfində Yeddi Qardaş Qalasını tikən ustad və onun yanında başqa bir qala tikən şagirdi camaat arasında “qalib mənəm, yoxsa sən?” soruşur. Lakin ustad şagirdinin sənətinin üstünlüyünü görərək özünü qaladan atır. Ustadının ölümünə dözməyən şagirdi də onun arxasınca özünü atır. Ustad ilə şagirdinin rəqabət və dostluq hekayəsinin yaşandığı yer “Mən və Sən” mənasını verən Ben-u Sen kimi tanınır.






Starxeber Bizi instagramda izləyin