17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Masallıda yaşayan misgərlik
Mədəniyyət 26.04.2022 346

“Konstitusiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə bir qrup jurnalistin Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) mediatur təşkil edildi. Jurnalistlər tur çərçivəsində bu rayonlarda 10-a yaxın yerli turizm məkanına səfər etdik. 



Cənub bölgəsinin bu qədər gözəl, ecazkar, maraqlı olduğunu bilmirdim, çünki getməmişdim. Azərbaycanın hər bir yanı gözəldir, təbii ki, cənub da vazkeçilməzdir. Çox yeri gəzdik, çox yeri gördük, turizim məkanları kəşf etdik. Amma sırf mənim üzərimə düşən misgərlikdən danışmaq istəyirəm, daha sonra ümumi reportajı siz oxucuların xidmətində olacaq. 

Günün ikinci yarısı, Lerikdən Masallıya gəlirik. Təbiət mükəmməl, hava təmiz, küçələr doğma. Sözün düzü ilk səfərim olsa da doğmalığı hiss edirdim. Ancaq həmin gözəlliyi Masallıda çaya atılan zibillər korlayırdı...

Ümid edirəm rayon icra hakimiyyəti nə vaxtsa şəhəri gəzəndə gözləri ilə diqqətlə görəcək...

Boradigaha çatdıq, üzü Bakıya gələndə yolun sağında Taleh dayının xudmani emalatxanası yerləşir. Amma bu balaca otaqda, sənət, tarix, əsər, zəhmət, istedad, "Qırmızı Kitab"a düşə bilən misgərlik sənəti var...

Qədim tarixə malik misgərlik sənəti bir vaxtlar ölkəmizdə əvəzolunmaz sənət nümunələrindən sayılardı. Bu sənətlə məşğul olan insanlar həm məişətdə istifadə etmək üçün əl işləri, həm də müxtəlif bəzək əşyaları və digər sənət nümunələri hazırlayıb ərsəyə gətirərdilər. Çoxu bu sənətin tək İsmayıllıda yaşadığını bilir, lakin SSRİ dövründən belə ticarət ənənələri ilə məşhur olan Masallı rayon Boradigah qəsəbəsində Taleh Ağayev də bu sənəti yaşadır. Taleh usta gənclərin bu sənətə maraqlı olmadığını deyir. Bildirdi ki, son illər bir şagird belə qapının yanından keçmir. Halbuki qazanc ötən illərə nisbətən yaxşılığa doğru dəyişir.


Misgər Taleh Ağayev əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. O, uşaq olarkən atası Masallının Boradigah qəsəbəsinə köç edib. O, gündən Boradigahda misgərliklə məşğul olan Talehin atası ailəsinin tələbatını bu sənətlə ödəyib və misgərliyin sirlərini övladlarınada öyrədib. Sonradan digər qardaşları bu sənətdən uzaqlaşsa da, Taleh Ağayev ata sənətini davam etdirir. 

Taleh dayı əvvəlcə xəyalında canlandırdığı hər hansı bir təsvirin eskizini misin üzərində çəkir, sonra isə çəkiclə döyərək onu əvəzolunmaz bir əl işinə çevirir.

Emalatxanasında misdən qazan, məcməyi, tava, teşt, samovar və digər qablar hazırlayan misgər indi müasir elementlərin mis üzərinə köçürülməsinə üstünlük verir. Bununla yanaşı, tələbata uyğun olaraq adları qeyd olunan məişət əşyalarının kiçik maketini hazırlayır. Qiymətləri də olduqca münasib.

Əksər müştərilərinin bu əşyaları hədiyyə vermək, evində suvenir kimi saxlamaq üçün aldıqlarını deyir. Alıcıları isə yerli əhali ilə yanaşı, xarici turistlər olur. Usta tələbatın onu qane etdiyini bildirir.

Usta deyir ki, bir zamanlar gəlin köçən qızlara mütləq mis qablar verilərdi. Sonradan İran və Çində istehsal olunan plastik və dəmir qabların ölkəmizə ayaq açması mis qabları tədricən dövriyyədən çıxarsa da, hazırda mis qablardan istifadə edənlərin sayı artmaqdadır. 


Amma gecikən bir şey var, Taleh dayıya emalatxanasını böyütmək üçün söz verilən torpaq sahəsi verilməyib. Səbəb kimi sənədlərdə olan problemlərdə əsas gətirilir. Ümid edirik ki, yaxın zamanda həmin problem aradan qalxacaq, Taleh dayı böyük emalatxanada fəaliyyətini yüksək formada davam etdirəcək.


Ardı var... 

Ağa Dadaşzadə 






Starxeber Bizi instagramda izləyin