17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Şuşa mədəniyyətinin inciləri”: arxalıq qadın geyimi
Mədəniyyət 18.04.2022 175

“Şuşa mədəniyyətinin inciləri”: arxalıq qadın geyimi.


Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın geyim nümunəsi olan arxalığa həsr olunub.

Arxalıq Azərbaycanda ən geniş yayılmış geyimlərdən hesab edilirdi. Adından göründüyü kimi, arxalıq qadınların sinə nahiyəsini açıq saxlayaraq bədənin kürək hissəsini tamamilə örtürdü.

Üst geyimi olan arxalıq əsasən qiymətli parçalardan – tirmə, tafta, məxmər, atlaz, xara, zərxara və s. tikilirdi. Qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr onu daha da gözəl göstərirdi.

Qarabağ bölgəsinə aid olan arxalıqlarda bel büzməsi zərif qırçınlı və qısa olurdu. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladır, adətən yaxası buta formasında, qolları “nilufər qollu” (yelpazəli) olurdu. Dirsəyə qədər düz olan nilufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi. Qol ağzına verilən qırçınlı-büzməli əlavələr arxalığı daha baxımlı və gözəl göstərirdi.

Bel kəsiyinin formasına, yaxa və ətəyinin səciyyəsinə görə qadın arxalıqları bir-birindən fərqlənirdi. Azərbaycanın etnoqrafik bölgələri arasında öz biçim tərzinə, şux rənglərinə görə seçilən Qarabağ geyimləri mühüm yer tutur.

Şəkildə təsvir olunun arxalıq XX əsrin əvvəli aiddir. Nümunə tirmə parçadan hazırlanaraq bafta və qaragözlə bəzədilib.

#Azərbaycan #AzərbaycanMədəniyyəti #MədəniyyətNazirliyi #ŞuşaMədəniyyətininİnciləri #Şuşa






Starxeber Bizi instagramda izləyin