Hadisə
17.04.2022
311
Ağdam-Füzuli yolunun inşası ilə məşğul olan yol-tikinti texnikası minaya düşüb. Hadisə bu gün axşam saatlarında baş verib.
Operativ24.Az-ın yerli bürosunun xəbərinə görə, "Körpü-Bina-Tikinti" şirkətinə məxsus, Alım Fərzəliyevin idarə etdiyi ağır texnika rayonun işğaldan azad edilmiş Yusifcanlı ərazisində minaya düşüb.
Sürücü xəsarət almasa da texnikaya ciddi ziyan dəyib.