17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Nazirliyin təşkilatçılığı ilə “Barokko Günləri” beynəlxalq musiqi festivalı keçiriləcək
Mədəniyyət 7.04.2022 343


Cari ilin 23-26 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı baş tutacaq.

Festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Kamera və Orqan Musiqisi Zalı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsertlər, tamaşa, ustad dərsləri keçiriləcək.

Ölkəmizdə ilk dəfə keçirilən “Barokko Günləri” Beynəlxaq Musiqi Festivalı çərçivəsində dinləyicilər bu dövrə məxsus musiqi nümunələrini azərbaycanlı musiqiçilərlə yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstan kimi dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərin təfsirində dinləyəcəklər.

Festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası baş tutacaq. Həmçinin solo klavesin konserti, Tbilisi Dövlət Kamera Orkestri və Azərbaycanda fəaliyyət göstərən, repertuarı ancaq Barokko dövrü bəstəkarlarının əsərlərindən ibarət olan “D’accordo” ansamblının çıxışı nəzərdə tutulmuşdur.

Dünya şöhrətli musiqi xadimi, Roma, San Karlo və digər opera teatrlarının bədii rəhbəri olmuş, D’arte Lirika Akademiyasının direktoru, professor Vinçenzo De Vivonun (İtaliya) Festival çərçivəsində ustad dərsi keçiriləcək.






Starxeber Bizi instagramda izləyin