17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Ruhi Əliyevanı şantaj edənlərə hökm oxunub
Hadisə 6.04.2022 279

"Liatris Holding"in rəhbəri, iş qadını Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərlə bağlı məhkəmə qərarı elan olunub.


APA xəbər verir ki, R.Əliyevanı şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla hədələyən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib və həmin şəxslər məsuliyyətə cəlb ediliblər.

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Ruhi Əliyeva məlumatı təsdiq edib. O bildirib ki, insanların şəxsi və iş həyatı barədə yalan məlumatlar yaymaq qanuna ziddir və hər kəs kimliyindən asılı olmayaraq qanun və məhkəmə qarşısında cavab verməlidir.






Starxeber Bizi instagramda izləyin