17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Azərbaycan Silahlı Qüvvələri Fərrux kəndinə tam nəzarət edir" - MN-dən Rusiyaya ETİRAZ
Qarabağ 27.03.2022 312

Azərbaycan Silahlı Qüvvələri Fərrux kəndinə tam nəzarət edir.


Rusiya Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndi istiqamətində mövqelərini möhkəmləndirmələrindən narahatlığını ifadə edən açıqlama yayıb.

Açıqlamada iddia olunub ki, Azərbaycan "martın 24-dən 25-dək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub”.

Rusiya Xarici İşlər Nazirliyi də bu açıqlamaya istinad edərək, etiraz bəyanatı yayıb.

APA-nın əldə etdiyi məlumata görə, hazırda Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Burda isə qeyri-adi heç nə yoxdur, çünki Fərrux da, digər ərazilər də Azərbaycanın torpaqlarıdır.

Qeyd etmək yerinə düşər ki, Rusiya sülhməramlılarının hazırkı mandatı qeyri-müəyyəndir. Rusiya MN-in iddialarının əksini sübut edən onlarla görüntü və video çəkiliş, mediada yayılan xəbərlərlə sübut etmək olar ki, məhz Rusiya sülhməramlıları özləri 10 noyabr razılaşmasının müddəalarına əməl etmirlər. Çünki üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, qanunsuz erməni birləşmələri çoxdan ərazidən çıxarılmalı idi.

Biz isə ötən bir ildən artıq müddət ərzində sülhməramlıların onları bəslədiklərini, silahlandırdıqlarını və təlimlərlə ruhlandırdıqlarını görürük.

Sonuncu bir neçə həftədə erməni separatçıları Fərrux kəndi ətrafında mövqelərinin möhkəmləndirmək üçün səngərlər qazmaları barədə məlumatlar var idi. Bəs "sülhməramlılar” "öz dislokasiya zonalarında” buna necə reaksiya verirdilər? Siqaret çəkə-çəkə separatçıları seyr edirdilər. Bu, üçtərəfli bəyanatın pozulması deyilmi?

Rusiya sülhməramlılarının davranışı, eləcə də Rusiya mediasının hələ də terrorçuları "respublika" kimi təqdim etməsi, rəsmi medianın terrorçu Araikin "sərəncamlarını" tirajlaması 22 fevralda imzalanmış müttəfiqlik münasibətləri haqda bəyanata zidd hərəkətlərdir. Elə bu müqavilənin də separatizmə qarşı mübarizəni ehtiva edən müddəaları kobud şəkildə pozulur.

Və bütün bu baş verənlər bir sualı aktuallaşdırır. Missiyasını yerinə yetirməyən sülhməramlıya bu bölgədə ehtiyac varmı? Sülhməramlıların 2025-dən sonra, hətta daha tez müddətə ərazidən çıxarılması məsələsi gündəmə gəlməlidir.






Starxeber Bizi instagramda izləyin