17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Goranboyda iş adamı arvadını uşaq üstündə öldürübmüş - TƏFƏRRÜAT
Kriminal 25.03.2022 339

Goranboyda arvadını maşınla əzib daha sonra bıçaqla öldürən iş adamı Mehman Süleymanovun qətli nəyə görə törətdiyi ilə bağlı təfərrüat məlum olub.


Trend xəbər verir ki, hadisə uşaq üstündə baş verib. Belə ki, cütlüyün birgə nikahdan iki oğlu, bir qızı var. 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan ayrılıb, lakin rəsmi boşanmayıb. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı qaldıqları müddətdə M.Süleymanov bir neçə dəfə həmin kəndə gələrək uşaqları ilə görüşüb.

 
Məlumata görə, M.Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Ə.Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib.

Martın 23-də M.Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib. Martın 24-də M.Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Ə.Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil M.Süleymanovla rastlaşıb. M.Süleymanov ondan uşaqlarının yerini soruşanda Ə.Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb. Qadın M.Süleymanovdan ayrılaraq qaçmağa başlayıb. M.Süleymanov isə dərhal idarə etdiyi "Land Rover" markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Ə.Məmmədova ağır xəsarətlər alsa da, M.Süleymanov bununla sakitləşməyib. O avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib.

Məlumata görə, hadisəni törədən M.Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mehmanın Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət obyektləri var.






Starxeber Bizi instagramda izləyin