10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov festivalı” keçirildi
Mədəniyyət 21.03.2022 414

Festivalda Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Hindistan Respublikasinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna, Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Rustam Soliyev, Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Həməd Abdullah əl Xinzab və ictimaiyyət nümayəndələri  iştirak edib. 


Əvvəlcə Qobustanın simvolu-bahar qız  qonaqları salamlayıb, bayram münasibəti xalqımızı ilə təbrik edib. İgidlik, qəhrəmanlıq simvolu olan İkinci Qarabağ müharibəsi  qazisi bayram məşəlini   mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə təqdim edib,  bayram tonqalı alovlandırılıb.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək bildirib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycanın YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olmuş dünya əhəmiyyətli abidəsi olmaqla yanaşı, həm də minilliklər ərzində xalqımızın adət-ənənələrini, folklorunu, etnoqrafiyasını qayaüstü təsvirlər vasitəsilə bugünümüzə çatdıran sakral məkanlardan biridir. 
"Tədqiqatçılar Qobustan qoruğunun Tunc Dövrünə aid qayaüstü təsvirlərində Novruz bayramı ərəfəsində oynanılan “Kosa oyunu”, etnoqrafik ədəbiyyatda “Təkə oyunu” və ya “Təkəçi mərasimi” adlandırılan xalq oyununun qədim növünün əks olunduğunu hesab edirlər. Bu fakt onu deməyə əsas verir ki, ən azı Tunc Dövründən başlayaraq Qobustan bahar bayramının və digər xalq mərasimlərinin keçirildiyi məkan olmuşdur. 
Novruz bayramı Azərbaycan xalqının adət-ənənlərinin, zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət hadisəsidir. Bu həm də bizim milli mədəniyyətimizin, humanist dəyərlərimizin və zəngin mətbəx mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində önəmli bir hadisədir."
Çıxış edən Tacikistan Respublikasınin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rustam Soliyev festivalda iştirakından məmnunluğunu ifadə edib, Azərbaycan xalqına Novruz bayramı münasibəti ilə xoş arzularını çatdırıb.


Festivalda “Şah plov”, “Döşəmə plov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma plov” və s kimi Azərbaycan mətbəxinə aid plov nümunələri, habelə Hindistan, Qətər və Tacikistan  mətbəxinə aid  plov nümunələri iştirakçılara təqdim olunub, onlar haqqında  ətraflı məlumat verilib.
Novruzun personajları- Kosa və Keçəlin məzhəkəsi, məzəli deyişmələri, kəndirbazların şouları, Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının və Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin üzvlərinin ifasında səhnəciklər, musiqiçilərin ifasında konsert proqramı, Lənkəranın "Nənələr" folklor və rəqs kollektivinin çıxışları və uşaqlar üçün kəndirdartma oyunları festival iştirakçılarına bayram ovqatı, şən əhval-ruhiyyə bəxş edib. 
Tədbirdə həmçinin uşaqların əl  işlərindən ibarət rəsm sərgisi təşkil olunub, əl işlərinin və suvenirlərin satış yarmarkası keçirilib.






Starxeber Bizi instagramda izləyin