22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
“Azərbaycan Qarabağ ermənilərinin bütün kommunal problemlərini həll edə bilər” - Ağacanov
Siyasət 14.03.2022 112

Qarabağda yaşayan ermənilər Azərbaycanla dialoqa başlamalıdırlar, çünki bu, sabitlik və rifahın yeganə yoludur.


Bu sözlərin müəllifi Ermənistan və Azərbaycan arasındakı Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanovdur.

 
Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının perspektivlərini şərh edər Artur Ağacanov deyib:

“Son günlər Qarabağda yaşayan ermənilər sosial şəbəkələrdə Xankəndiyə və ermənilərin məskunlaşdığı digər yaşayış məntəqələrinə qazın, işığın və suyun verilməsində yaranan problemlərdən yazırlar. Şübhəsiz ki, Azərbaycan bütün bu problemləri həll etməklə yanaşı, həm də Qarabağ ermənilərini işlə, layiqli yaşayış və firavan həyatla təmin edə bilər. Lakin yerli erməni əhalini öz yersiz və təhlükəli ambisiyalarının əsirində saxlayan bir qrup Qarabağ separatçısı buna mane olur”.

Artur Ağacanov bildirib ki, hazırda Qarabağ erməniləri nadir imkan əldə ediblər və onların taleyi İrəvandan və Qarabağ separatçılarının yerli “lider”lərindən asılı olmaya bilər.

A. Ağacanov həmçinin vurğulayıb ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak edən şəxslər Qarabağ ermənilərinin maraqlarını təmsil edə bilməzlər.

“Bu adamlar Qarabağ ermənilərini uçuruma aparırlar, ona görə də Azərbaycana qarşı hərbi cinayətlərlə əlaqəsi olmayan şəxslərin önə çıxması çox vacibdir. Bu, etimad şəraitində dialoqun qurulmasının və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının yeganə yoludur. Bu, sülhə və sabitliyə aparan yeganə yoldur və buna məhəl qoymamaq Qarabağ ermənilərini “miatsum” və qondarma “böyük Ermənistan” kimi aldadıcı ideyaların əsirinə çevirmək deməkdir”, - deyə Artur Ağacanov fikrini tamamlayıb.

Mənbə: İnterfaks






Starxeber Bizi instagramda izləyin