17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Rusiyaya görə Azərbaycanda internet kəsilə bilər – XƏBƏRDARLIQ
Maraqlı 11.03.2022 503

Rusiya qarşı tətbiq olunan cəza tədbirləri kampaniyasının yeni bir mərhələyə qədəm qoyması ehtimal edilir. Belə ki, Rusiyada 11 mart tarixində internetin tamamilə bloklanması və Rusiya internetinin (RuNet) qlobal şəbəkədən ayrılması kimi ssenarilər kütləvi informasiya vasitələri tərəfindən tirajlanır.


Operativ24.Az xəbər verir ki, Rusiya internet trafikinin birdəfəlik bağlanması Azərbaycan internet (Aznet) üçün müəyyən ölçülü çətinlik yarada bilər. Nəzərə çatdırmaqda fayda var ki, Azərbaycanda iki iri magistral operator, Delta Telecom və AzerTelecom Rusiya ərazisindən Azərbaycana daxil olan tranzit magistral xətlərə təşkilatçılıq edir. Beləliklə, Rusiyadan Azərbaycana axan internetin xüsusi çəkisi əhəmiyyətli qədərdir. 

Bəs hası alternativ yollar var?

Belə bir zamanda Azərbaycanın alternativ internet vasitələri ilə təmin olunması məqsədəuyğun təkliflərdən biridir. Sözügedən variantlardan ilk sırada gələnləri Starlink və Oneweb peyk operatorlarının ölkədə fəaliyyətinə şərait yaratmaqdır.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirir ki, peyk operatorları böyük ərazisi olan regionlar üçün optimaldır.

Fərid Kazımovun dediyinə görə, indiyədək regionlara internetin çəkilişi “ADSL” texnologiyası üzrə təmin olunurdusa, hal-hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi daha sürətli genişzolaqlı internet texnologiyası üzərindən internetin təmin olunması istiqamətində çalışır.

“Bakıda istifadə etdiyimiz internet, əsasən, genişzolaqlıdır. Artıq yalnız rayon mərkəzləri, rayon mərkəzi yaxınlığı kəndlər deyil, ucqar kəndlərə də genişzolaqlı internet çəkiləcəkdir. Əgər hansısa dağ kəndinə şəbəkənin çəkilişi problemdirsə, orada mobil internet xidmətləri, yəni sırf olaraq simsiz internet xidmətlərindən istifadə yönümlü işlər gedir. Ucqar dağ kəndlərinin internetlə təmin olunması simsiz texnologiyalar üzrə qurulacaqdır”.

O eyni zamanda Azərbaycanda internet sahəsində yetərincə resursun olduğunu da dilə gətirib.

“Əgər Starlink-ə oxşar texnologiyalar bütün dünyanı əhatə etsə, Azərbaycana da təklif olunacaq. O halda peyk operatorlarının istifadəsi müzakirə oluna bilər. İndi isə bu məsələ sadəcə böyük sual altındadır”.






Starxeber Bizi instagramda izləyin