22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Milli Teatrda Ağasadıq Gəraybəyliyə həsr olunan xatirə tədbiri keçirilib
Mədəniyyət 9.03.2022 200

 
Akademik Milli Dram Teatrında məşhur teatr və kino xadimi, Xalq artisti Ağasadıq Gəraybəylinin 125 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib, görkəmli sənətkara həsr olunan"Ölülər" tamaşası nümayiş olunub.
Xatirə gecəsində Xalq artisti Ramiz Məlik Ağasadıq Gəraybəylinin sənət yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Ramiz Məlik bildirib ki, Ağasadıq Gəraybəylinin teatr sənətinə gəlişi Hüseyn Ərəblinskinin tösviyyəsi ilə olub. O, bütün ömrünü Azərbaycan teatrı və kinosunun inkişafına həsr edib, bir-birindən maraqlı, ölməz obrazlar yaradıb:
"Biz ona Ağasadıq dayı deyirdik. Xeyirxah, nəcib, gözəl insan idi. Gənclərə həmişə böyük diqqətlə, qayğı ilə yanaşırdı. Mən xoşbəxtəm ki, Ağasadıq Gəraybəyli ilə bu səhnədə üç tamaşada tərəf müqabili olmuşam. O, tamaşada təkcə oynamırdı, obrazını yaradırdı, ona həyat verirdi. Biz Ağasadıq dayını həmişə böyük məhəbbətlə, böyük sevgi və ehtiramla xatırlayacağıq. Allah ona rəhmət eləsin".
Daha sonra "Ölülər" tamaşası nümayiş olunub.
Qeyd edək ki, Ağasadıq Gəraybəyli 1897-ci ildə, martın 15-də Şamaxıda anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb.
1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb.
 






Starxeber Bizi instagramda izləyin