10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Ər gecəyarısı arvadını dayısı oğlu ilə yarıçılpaq vəziyyətdə tutdu - AZƏRBAYCANDA
Kriminal 9.03.2022 433

Yevlax rayonunda 1986-cı il təvəllüdlü Oktay gecəyarısı arvadı Nəzrinə (adlar şərti verilib - red.) xəsarət yetirib. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saat 03.15 radələrində baş verib. Oktay yaşadığı evdə arvadı Nəzrini döyərək ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Oktayın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Oktay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nəzrin ilə 2016-cı ildən faktiki nikah münasibətlərində olub: "Bu münasibətimizdən bir azyaşlı övladımız var. Hadisə baş verən günü, gecə saat təxminən 03.00-da qardaşım arvadı Aynur məni yuxudan oyadaraq Nəzrinin Mahirlə birlikdə qonaq otağında olduğunu söylədi. Yataqdan qalxdım, əynimi geyindim və qonaq otağına keçdim. Bu zaman Nəzrinin Mahirlə yanaşı oturaraq söhbət etdiklərini gördüm. Mahirin əynində yalnız alt paltarı vardı". 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan hiddətlənib və vurmaq məqsədilə Mahirin üstünə gedib: "Bu zaman Mahir əlimdən çıxaraq qaçdı. Gördüyüm səhnədən çox əsəbi olduğumdan Nəzrinin bədəninin müxtəlif nahiyyələrindən vurdum. Mübahisə zamanı səsə gələn qardaşım Elvin və anam Sevda bizi araladı. Sonradan Nəzrin məndən şikayət etdi". 

 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nəzrinin sözlərinə görə, Oktayın valideynləri, qardaşı Elvin və onun arvadı Aynurla bir evdə yaşamışıq. Hadisə günü, təxminən gecə saat 01.00-də Aynur məndən xahiş etdi ki, onunla eyni otaqda yatım. Onun xahişini nəzərə aldım və yatdığı otağa keçdim, həmin otaqda yatdım. Gecə saat təxminən 03.00-da yuxudan oyandım və otaqda işığın yanmadığını gördüm. Aynur bildirdi ki, işıq həyətdən sönüb. Qaranlıq olduğundan otaqda kimin olduğunu görməmişəm. Bundan bir neçə dəqiqə sonra işığı yandıranda qayınanam Sevdanın qardaşı oğlu Mahiri yarıçılpaq vəziyyətdə otaqda olduğunu gördüm. Elə bu zaman da ərim Oktay həmin otağa daxil oldu və gördüyündən əsəbləşdi, Mahiri vurmaq üçün onun üstünə getdi. Mahir onun əlindən çıxaraq qaçdı. Oktay əsəbi olduğundan üstümə gəldi, mənim bədənimin müxtəlif nahiyyələrindən vurmağa başladı. Sonra isə dəmir çəkiclə ayaqlarımdan vuraraq mənə xəsarət yetirdi. Səs-küyə qayınanam gəldi, Oktayı məndən aralaşdırdı".

 

Nəzrin ifadəsinin sonunda qeyd edib ki, Oktayla barışıb, ona qarşı hər hansı bir tələbi yoxdur. 

 

Bu cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb. 

 

Oktayın Nəzrinlə barışması məhkəmə tərəfindən nəzərə alınıb. Bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verilib. 






Starxeber Bizi instagramda izləyin