22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
“Neynirəm o gülü-çiçəyi ki, sonra burnumdan gətirsin, heç istəmirəm...” - Naibə Allahverdiyeva
Mədəniyyət 9.03.2022 275

“Qadınlara bir gün hədiyyə alıb, bir ömür boyu zülm, işgəncə vermək lazım deyil. Bu lap bilirsiniz nəyə oxşayır? 40 gün nəfsə qalib gəlirlər, daha sonra başlayırlar öz əməllərini, pis vərdişlərini davam etdirməyə. Qadın incə bir məxluqdur, qadın həyatın retorikasıdır. Allah qadını 7 gün ərzində yaradıb, insanların artımı qadının vasitəsilə baş verir. Qadının dünyada rolu böyükdür. Amma qadın yaranandan əks cins tərəfindən təzyiqlərə, zorakılığa məruz qalıb. Dərrakədə qadın heç də kişilərdən geri qalmır. Bəlkə də qadın kişilərdən daha çox bilir, dünyanı anlayır. Onlara bir gözəl söz, münasibət kifayət edir. Amma təəssüflər olsun ki, son zamanlar qadınlarda zəriflik itir, bunun günahı da əks cinsin nümayəndələrindədir. Kişilər qadınları bir gün yox, hər gün qayğısına qalmalıdırlar. Neynirəm o gülü-çiçəyi ki, sonra burnumdan gətirsin?! Heç istəmirəm”.


Bunu Moderator.az-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. Sənətkar həyat yoldaşının ona aldığı hədiyyədən də danışıb.

“Həyat yoldaşım mənə gül hədiyyə etdi. Mən gülləri çox sevirəm, bu mənim üçün ən gözəl hədiyyədir. Yuxudan oyanıb gördüm ki, həyat yoldaşım səhər yeməyini hazırlayıb, çayı dəmləyib, süfrəni bəzəyib. Mən hədiyyənin fərqinə varmıram. Qadına hədiyyə onun həyat yoldaşı, övladları tərəfindən göstərilən diqqətdir” deyə aktrisa bildirib.
“Naibə xanım, xoşbəxt qadındır?” sualına isə aktrisa belə cavab verib.

 

“Bu dünyada gedən prosseslərə baxanda əlbəttə ki, xoşbəxt qadınam. Qadınlar var ki, çöllərdə ac-susuz qalıblar, həyat yoldaşlarını, övladlarını itiriblər. Mənə elə gəlir ki, qadın üçün ən böyük xoşbəxtlik sülh, əmin-amanlıq, övladlarının, həyat yoldaşının sağ olmasıdır. Bu dövr üçün xoşbəxtlik budur” deyə xalq artisti bildirib.






Starxeber Bizi instagramda izləyin