17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Alimlər siçanlarda qocalma prosesini dayandıra biliblər
Maraqlı 9.03.2022 251

Solka Bioloji Tədqiqatlar İnstitutunun (ABŞ) rəhbərliyi altnda tədqiqatçılar qrupu orta və yuxarı yaş kateqoriyasına aid siçanlarda qocalma prosesini effektiv və təhlükəsiz şəkildə dayandıra bilib. Belə ki, alimlər təcrübə çərçivəsində siçanların hüceyrələrini daha cavan vəziyyətə gətiriblər. Orqanizmin qocalma prosesi zamanı onun hüceyrələri DNT daxilində digər kimyəvi birləşmələri əmələ gətirirlər. Həmin birləşmələr epigenetik markerlər adlanırlar. Daha cavan siçanların DNT-lərində bu cür birləşmələr yoxdur. Daha əvvəl aparılmış tədqiqatlar onu göstəriblər ki, qocalan hüceyrələrə yenidən proqramlaşdırılmış 4 ədəd molekulun (Oct4, Sox2, Klfc4, cMyc) əlavə edilməsi öz növbəsində epigenetik markerləri ilkin pattern vəziyyətinə geri qaytara bilir.


    2016-cı ildə aparılmış tədqiqatda vaxtından öncə qocalma prosesinə daxil olmuş siçanlarda qocalıq əlamətləri ilə mübarizədə və həyat davamlılığının artırılmasında bu üsul uğurla istifadə edilmişdi. Bundan əlavə olaraq 2021-ci ildə aparılmış tədqiqat çərçivəsində məlum olmuşdu ki, yuxarıda qeyd edilmiş 4 ədəd molekul hətta cavan siçanlarda əzələlərin sürətlə bərpasını reallaşdıra bilir. Digər tədqiqatçılar eyni üsulu beynin, ürəyin və görmə sinirinin daha yaxşı çalışmasında istifadə ediblər. Solka Bioloji Tədqiqatlar İnstitutunun alimləri yeni tədqiqat zamanı sağlam heyvanların qocalma prosesləri çərçivəsində hüceyrə regenerasiyası üçün bu üsulu nəzərdən keçirdiblər.

    Yuxarıda qeyd edilmiş molekulların daimi dozası 15-22 aylıq (50-70 yaş ekvivalenti) siçanlardan ibarət birinci qrupa, 12-22 aylıq (35-70 yaş ekvivalenti) siçanlardan ibarət ikinci qrupa və 25 aylıq (80 yaş ekvivalenti) siçanlardan ibarət üçüncü qrupa verilib. Üçüncü qrupa daxil olan siçanlar yalnız 1 aylıq müalicə prosesindən keçiblər. Alimlər bu üsulun daha uzun müddət ərzində istifadəsinin təhlükəsiz olduğunu təyin etmək istəyiblər. Nəticədə həqiqətən də siçanların səhhətlərində heç bir neqativ hal yaşanmayıb. Faktiki olaraq 7-10 ay ərzində müalicə prosesindən keçmiş siçanlar daha cavan siçanlara bənzəməyə başlayıblar. Bundan əlavə olaraq onların qanlarındakı metabolizm molekullarında heç bir yaş dəyişikliyi müşahidə edilməyib. Əldə edilmiş məlumatlar onu göstərirlər ki, bu üsul qocalma prosesini dayandırmaqla yanaşı onu əks istiqamətə çevirir. 






Starxeber Bizi instagramda izləyin