17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
British Council və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi yeddinci Britaniya Film Festivalına start verir
Mədəniyyət 3.03.2022 249

14 fevral 2022-ci il
Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin otuzuncu ildönümü ərəfəsində British
Council, Böyük Britaniya səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək hər
il keçirilən Britaniya Film Festivalının yeddinci buraxılışına start verir.
Festival bu il filmlərin 3-15 mart 2022-ci il tarixlərində Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət
Məkanında nümayiş etdirilməsi ilə keçiriləcək. Biz ən həyəcanverici, düşündürücü və bəyənilən yeni filmləri
Birləşmiş Krallıqdan Azərbaycana gətiririk. Britaniya Film Festivalının 2022-ci il buraxılışı qlobal iqlim təhlükəsini
əməkdaşlıq, dialoq və fəaliyyət imkanları yaradaraq diqqət mərkəzinə çəkir.
Festival Oskar laureatı aktyorlar Cim Brodbent və Helen Mirrenin unudulmaz tərəfdaşlığı ilə ekranlarda iz qoyan,
oğurluq və ədalət uğrunda mübarizədən bəhs edən "HERSOQ" retro-komediyası ilə açılacaq. "İNSANLAR İQLİM
DƏYİŞİKLİYİNƏ QARŞI" və "SƏRHƏDLƏRİN MƏHVİ: PLANETİMİZ HAQQINDA ELM" sənədli filmləri bütün
diqqətimizi iqlim təhlükəsinə və bəşəriyyətin planetimizi xilas etmək üçün nə edə biləcəyinə çəkəcək.
Media nümayəndələrini 3 mart, saat 18:30-da Nizami Kino Mərkəzində festivalın açılışında iştirak etməyə dəvət
edirik. Azərbaycanda Britaniya Film Festivalı British Council-ın Azərbaycandakı nümayəndiliyi, Böyük Britaniyanın
Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilir. Fürsətdən
istifadə edib tərəfdaşlarımız Nizami Kino Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına və CoolConnections
İncəsənət Assosiasiyasına təşəkkürümüzü bildiririk.
Britaniya Film Festivalı bizim bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərinə sadiqliyimizi filmlərlə ifadə edir.
Bütün filmlər ingilis dilində nümayiş etdiriləcək. Festivalın treylerinə buradan baxa bilərsiniz:
http://bit.ly/britishfilmfestival
Biletləri Nizami Kino Mərkəzinin kassalarından və www.nizamicinema.az saytından əldə edə bilərsiniz.
Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri cənab Ceyms Şarp:
British Council-ın Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo:
Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:
Mən ürəkdən sevinirəm ki, British Council-ın daha bir neçə mükəmməl Britaniya filmini Azərbaycana gətirməsini
dəstəkləyə bilmişik. Bu il həm Birləşmiş Krallıq və Azərbaycan münasibətlərinin otuzuncu ildönümü olmasına görə,
həm də keçən ilin noyabrında keçirilmiş Qlazqo İqlim Sammitinin nəticələrini tez zamanda tətbiq edə bildiyimizə
görə çox vacibdir. Builki festivalın mövzusu iqlim dəyişikliyidir və biz filmlərin auditoriyanı əyləndirəcəyinə,
maarifləndirəcəyinə və insanlara ilham verəcəyinə ümid edirik.
Yeddinci Britaniya Film Festivalı ilə Birləşmiş Krallığın ən yeni və yaxşı filmlərini Azərbaycan auditoriyasına təqdim
etməkdən sevinc duyuruq. Bunu yenidən şəxsən etmək və əsl kinoteatr təcrübəsi yaşamaq üçün yenidən
kinoteatrlara gələn insanları qarşılamaq daha da xoşdur. Builki mövzu iqlim dəyişikliyi ilə mübarizə baxımından çox
əlamətdar vaxta təsadüf edir və film istehsalının maarifləndirmədə, müzakirələrin yaranmasında və daha yaxşı
gələcək üçün qlobal həll yollarına töhfə verməkdə oynadığı rolu nümayiş etdirir.






Starxeber Bizi instagramda izləyin