17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir
Siyasət 1.03.2022 179

COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir.


Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. O dövürdən Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Bu mənada Azərbaycan Respublikası dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir və müstəqillik qazandığı ilk gündən ölkəmiz ilə BMT arasında əlaqələrin yaranması, daim inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün hər cür səylər göstərir.
Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı etdi.
Dövlətimizin başçısı çıxışında Qoşulmama Hərəkatının uğurlu təşəbbüsləri, peyvəndlərin ədalətsiz bölgüsü, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsi, COVID-19 ilə effektiv mübarizəni şərtləndirən önəmli məsələləri qeyd etmişdir. Ölkə rəhbəri cənab İlham Əliyev bildirmişdir ki, Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. 
Yuxarıda qeyd etdiyim kimi, Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün həyata keçirildiyi təsirli və adekvat tədbirlərdən danışdı. Ümumiyyətlə, cənab Prezidentin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. COVID pandemiyası ərzində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə töhfələri etmiş, 80-ə qədər ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. 
     Tədbirdə ölkə başçısı həmçinin qeyd etdi ki, Azərbaycan bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik.
Bir sözlə, dünya ölkələrinin mübarizə apardığı koronavirus pandemiyası dövründə Azərbaycan növbəti dəfə qlobal həmrəyliyə öz töhfəsini verdi. Ölkə rəhbəri cənab İlham Əliyevin bu dəfə də digər dövlətlər tərəfindən qəbul edilərək yüksək qiymətləndirilən daha bir təşəbbüsü vaksinlərin ədalətsiz və qeyri-bərabər paylanmasının aradan qaldırılması ilə bağlı oldu.
Sadəcə olaraq, pandemiya ərzində görülən işlərə baxmaq kifayət edər ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, COVID-19-la mübarizədə də liderliyini qoruyub saxlaya bilib və beynəlxalq səviyyədə bu prosesə öz töhfəsini verib. Koronavirus pandemiyası başlanandan etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülüb və əməli addımlar atılır. Məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin, BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi bunun əyani sübutudur. Bütün tədbirlərdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxışlarında pandemiyanın təsirindən formalaşmış qlobal problemləri və həll yollarını göstərdi. 
Bununla da deyə bilərik ki, həyata keçirilən əməkdaşlıq proqramları göstərir ki, BMT ilə əlaqələrin böyük perspektivləri var və bu istiqamətdə dövlətimiz fəaliyyətini daha da genişləndirəcək.



Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon bölməsinin sədri Xəyalə Quliyeva






Starxeber Bizi instagramda izləyin