22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Fəxrəddin Altundan Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama
Siyasət 28.02.2022 164

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabından Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşım edib.
Bölgədə yeni bir müharibəyə şahid olduqlarını ifadə edən Altun "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan hər iki ölkə ilə güclü əlaqələrimiz olduğu üçün dəfələrlə Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib. Həmçinin müttəfiqlərə ortaq mövqe nümayiş etdirməyə çağırıb. Türkiyə olaraq mövcud vəziyyətin qarşısını almaq üçün diplomatik səviyyədə əlimizdən gələni etdik. BMT sistemində islahatlarla bağlı çağırışlarımıza məhəl qoyulmadı və bunun ağır nəticələrini son böhranda gördük. Əgər çağırışlarımıza məhəl qoyulsaydı bu müharibənin qarşısını almaq olardı.”, - deyib.
Altun dəfələrlə diplomatik həll üçün çağırış etdiklərini lakin müharibənin hazırda bir reallıq kimi qarşılarında dayandığını xatırladıb.
Altun beynəlxalq birliyin bir sıra regional və qlobal məsələlərdə birlik olmamasının eynilə Rusiya və Ukrayna böhranında olduğu kimi böyük problem olduğunu vurğulayıb: 
"Bu münaqişə bizi iki faciə ilə üz-üzə qoyur. Birincisi, münaqişənin humanitar tərəfidir. Türkiyə bu məsələdə nə lazımdırsa edəcək. Digər regional qarşıdurmalarda olduğu kimi indi bu sahədə ilk təşəbbüskarlardan olacağıq. İkincisi isə reallığa qarşı amansız hücumlardır. Biz bu vəziyyətin də fərqindəyik. Dezinformasiya və yanlış məlumatlandırma kampaniyalarının qarşısını almaq üçün çalışırıq. Bu informasiya müharibəsində mənbəyindən asılı olmayaraq həqiqətin yanında olacağıq. Türkiyənin siyasəti ilə bağlı çoxlu spekulyasiyalar və şərhlər edilir.
Türkiyənin diplomatik addımları və müttəfiqləri ilə koordinasiyası hər zaman münaqişənin tez və sülh yolu ilə həll edilməsinə yönəlib.
Buna heç kimin şübhəsi olmasın. Türkiyə diplomatiyanın konstruktiv, yaradıcı gücünə inanır və hər böhranda bütün diplomatik variantlardan maksimum istifadə etməyə çalışmaqdadır. Bu son münaqişə həm uğursuz, həm də lazımsızdır. Biz bu müharibənin indiki və uzunmüddətli nəticələrinin qarşısını almağa çalışacağıq."






Starxeber Bizi instagramda izləyin