İdman
12.02.2022
178
Gənclər və İdman Nazirliyinin qadın voleybolu üzrə Azərbaycan Super Liqasının oyununu canlı yayımlaması Avropa Voleybol Konfederasiyasının da diqqətindən yayınmayıb.
Operativ24.az xəbər verir ki, qurumun saytı fevralın 11-də nazirliyin “Azərreyl” – UNEC (2:3) matçını canlı yayımladığını bildirib.
Qeyd olunub ki, canlı yayım zamanı nazirliyin nümayəndəsi Nərmin Əhmədova və Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli birgə şərhçilik edib.