10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Portuqaliyalı vitse-prezident: “Ölkələrimiz arasında gimnastika sahəsində əməkdaşlığı yüksək dəyərləndirirəm”
İdman 1.02.2022 177

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bədii gimnastika üzrə Portuqaliya Gimnastika Federasiyasının vitse-prezidenti Katarina Leandro ilə müsahibəni təqdim edir.    

- Katarina xanım, Azərbaycana xoş gəlmisiniz. Bu sizin Bakıya ilk səfərinizdir?
- Xeyr, ikinci səfərimdir.
- Ölkəmiz haqqında təəssüratlarınızı bilmək maraqlıdır. 
- Mən Bakını çox sevirəm. Paytaxtınız ecazkardır. Dünən şəhər turunda oldum və çox xoşuma gəldi. Biz burada qaldığımız üçün fərəh hissi keçiririk. İşləmək üçün gözəl şərait və imkan var. 
- Necə oldu ki, təlim-məşq toplanışı üçün məhz Milli Gimnastika Arenasını seçdiniz?
- Burada gimnastlarımız mötəbər beynəlxalq yarışlara hazırlaşırlar. Azərbaycan Gimnastika Federasiyası ilə qarşılıqlı mübadilə və əməkdaşlıq bizim üçün çox vacibdir. Biz Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə və federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasilevaya təşəkkürümü bildirirəm.
- Portuqaliyada əsasən hansı gimnastika növləri inikişaf edib? 
- İdman gimnastikası üzrə bir təmsilçimiz Olimpiya Oyunlarının iştirakçısı olub. O, reytinqdə ilk onluqda yer alır. Qazanılan nəticələrə əsasən deyərdim ki, Portuqaliyada idman gimnastikası daha çox inkişaf edib. Batut və akrobatika üzrə də dünya çempionatında nəticəmiz var. Bədii gimnastika üzrə təmsilçilərimiz isə fərdi çıxışlarda beynəlxalq yarışlarda bir neçə medal qazanıblar. Nailiyyətlərə görə Avropa reytinqində orta sıralarda yer alırıq. 
- Azərbaycan və Portuqaliya arasında gimnastika sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz? 
- Ölkələrimiz arasında gimnastika sahəsində əməkdaşlığı yüksək dəyərləndirirəm. Azərbaycanda gimnastika sahəsində görülən işlər yüksək qiymətə layiqdir. Düşünürəm ki, Azərbaycan hər sahədə günü-gündən inkişaf edir. Azərbaycanın bu sahədə gördüyü işləri çox bəyənirəm. 
- Azərbaycan gimnastları barədə fikirlərinizi bilmək istərdik. 
- Görülən işlər yüksək səviyyədədir. Qrup komandasının hazırlığı fərqlidir, həm də məşqlərə yaradıcı yanaşma mövcuddur. Bu, mənim çox xoşuma gəlir. Fərdi gimnastlar günü-gündən təkmilləşirlər. Məncə, onlar dünyanın güclü gimnastları sırasındadırlar. 






Starxeber Bizi instagramda izləyin