22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirild
Mədəniyyət 24.01.2022 402

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrin, habelə yazarların və digər incəsənət xadimlərinin “Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi. Xatirə nişanı Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən musiqi, teatr, kino və incəsənətin müxtəlif sahələrində çalışanlara, habelə elm və ədəbiyyat xadimlərinə təqdim edilir.


Təqdimat mərasimində Elnur Əliyev diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami ili” elan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev dedi: “Xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir”.

Daha sonra Elnur Əliyev ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrə, habelə yazarlar və digər incəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanlarını təqdim etdi. Təltif olunanlar arasında bir çox təhsil müəssisələrin rəhbərləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və digərləri olub.







Starxeber Bizi instagramda izləyin