22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Lənkəranda media nümayəndələri üçün təlim başladı
Sosial 24.01.2022 158

Bu gün media nümayəndələri üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlim öz işinə başlayıb.


"Unikal" xəbər verir ki, Dövlət Gömrük Komitəsi və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 40-a yaxın media qurumunun nümayəndəsi iştirak edir. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov çıxış edərək bildirib ki, təlimin məqsədi Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar çərçivəsində tətbiq edilən yeniliklər, layihələr və dəyişikliklərlə bağlı jurnalistlərin məlumatlandırılmasıdır. MEDİA Agentliyi ilə birgə təşkil etdiyimiz bu tədbir həm də gömrük-media əlaqələrinin daha da gücləndirilməsində, sahəvi jurnalistikanın inkişafında, media nümayəndələrinin gömrük sahəsindəki biliklərinin artırılmasında mühüm rol oynayacaq.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova diqqətə çatdırıb ki, ölkənin müxtəlif orqanlarında gerçəkləşdirilən islahatlar barədə məlumatların cəmiyyətə düzgün çatdırılması, müxtəlif hədəf qruplarının bu sahədə baş verən dəyişikliklərin məzmun və mahiyyətindən zamanında xəbərdar olması, bu xüsusda dövlət qurumlarının media subyektləri ilə peşəkar əməkdaşlığının gücləndirilməsi Medianın İnkişafı Agentliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. MEDİA Agentliyi olaraq jurnalistlərin sahəvi biliklərinin artırılması məsələlərinə xüsusi önəm veririk və Dövlət Gömrük Komitəsi ilə birgə keçirilən bu təlimin faydalı olacağına əminik. ​ Təlim çərçivəsində Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən gömrük sahəsində risklərin idarə edilməsi, informasiya texnologiyalarının tətbiqi, hüquqpozmalarla mübarizə, fiskal fəaliyyət, “Yaşıl Dəhliz” buraxılış sistemi, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair təqdimatlar nümayiş edtiriləcək. ​ Eyni zamanda, Medianın İnkişafı Agentliyinin mütəxəssisləri “Media islahatları: əsas hədəflər” mövzusunda təqdimatla çıxış edəcəklər. ​ Təlim çərçivəsində ​ jurnalistlərin Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postuna səfəri planlaşdırılır. Səfər zamanı jurnalistlər gömrük sistemində tətbiq edilən yenilikləri əyani şəkildə müşahidə etmək imkanı əldə edəcəklər. Təlim yanvarın 25-də yekunlaşacaq.​

Anar Kəlbiyev






Starxeber Bizi instagramda izləyin