22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Prokurorluqdan təkzib
Sosial 22.01.2022 136

Prokurorluqdan təkzib


21.01.2022-ci il tarixdə, saat 22:11-də “haqqın.az” saytında prokurorluq orqanlarının nüfuzuna xələl gətirməyə yönəlmiş "Помощник прокурора Апшерона на общественных началах оказался мошенником. Но суд не отправил его в тюрьму" başlıqlı məqalə dərc edilmişdir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Operativ24.az-a verilən məlumata görə, Süni şəkildə ictimaiyyətin marağını cəlb etmək məqsədilə hazırlanmış məqalədə öz əksini tapmış həqiqətə uyğun olmayan məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, Elbrus Əliyev prokurorluq orqanlarından son yaş həddi ilə 07.02.2007-ci il tarixdə təqaüdə çıxmaqla, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmamışdır.
Həmçinin, qeyd olunmalıdır ki, Elbrus Əliyevin Abşeron rayon prokurorluğunda ictimai əsaslarla çalışdığını bildirməsi onun dələduzluq cinayətini törətmək üçün insanların etibarını qazanmaq üsulu kimi seçilmişdir.
Lakin təəssüflər olsun ki, məlumatlar rəsmi dövlət qurumu ilə dəqiqləşdirilmədən ictimailəşdirilmişdir.
Eyni zamanda məqalədə Abşeron rayon prokurorluğunun lövhəsinin fotosu yer almış, lakin qeyd olunan cinayət hadisəsi ilə həmin rayon prokurorluğunun hər hansı əlaqəsi olmamışdır.
Prokurorluq orqanları tərəfindən bu kimi provokativ və neqativ hallara yol vermiş media qurumlarının barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir.






Starxeber Bizi instagramda izləyin