17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi
Hadisə 20.01.2022 260

Azərbaycanlı gənc Rusiyada qətlə yetirilib.

Operativ24.Az  xəbər verir ki, hadisə Yaroslavl şəhərində baş verib. Rusiya vətəndaşı, 10 il məhkumluq həyatı yaşamış şəxs spirtli içki qəbul edərək küçədə azərbaycanlı gənc, 2002-ci il təvəllüdlü Rəhimov Məhəmməd Zöhrab oğluna yaxınlaşaraq ondan pul tələb edib.

Aralarında yaranan mübahisə zamanı adı hələ ki, bilinməyən, rus milliyyətindən olan şəxs üzərində gəzdirdiyi bıçaqla qəflətən Məhəmməd Rəhimova xəsarət yetirib. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

Yaroslavl şəhərindəki ali məktəblərdən birinin tələbəsi olan 20 yaşlı Məhəmməd Rəhimovun meyiti bu gün Göyçay şəhərinə gətirilərək dəfn edilib.

Qeyd edək ki, Məhəmməd Rəhimov Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun qardaşı oğludur.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır (apa).






Starxeber Bizi instagramda izləyin