17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - DOSYE
Sosial 19.01.2022 377

Xəbər verdiyimiz kimi, Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

 
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Operativ24.Az  Teymur Yusif oğlu Musayev haqqında məlumatı sizə təqdim edir

Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib.

1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi” elmi dərəcəsini alıb.

1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997-2001-ci illərdə H.T.P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib. 2001-2003-cü illərdə "Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb.

2003-2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb. 2015-2016-cı illərdə "Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016-2019-cu illərdə "Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb. 2019-2020-ci ilin aprel ayına kimi "Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.

2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

23 aprel 2021-ci ildə Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Teymur Yusif oğlu Musayevə verilib.
 
19 Yanvar 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.






Starxeber Bizi instagramda izləyin