12:13 Bakıda taksi sürücüsü ilə sərnişin xanım mübahisə etdi, İŞ POLİSƏ GETDİ  |     11:12 ““Milyonçu” mənə heç nə qazandırmadı”  |     09:29 SON DƏQİQƏ! Kəlbəcərdə mövqelərimiz intensiv atəşə tutulub  |     08:46 Məşhur türkiyəli aparıcı 39 yaşında vəfat etdi  |     07:28 Rusiya Gürcüstanla quru sərhədini açdı  |     21:59 İcbari tibbi sığorta ilə müayinədən keçmək istəyənlərin NƏZƏRİNƏ  |     21:53 “17 dəqiqə ərzində 600 milyon insan məhv olacaq” - BƏŞƏRİYYƏT TƏHLÜKƏDƏ  |     21:49 Aviabiletlərin qiymətləri ucuzlaşmaq bilmir  |     21:31 Bekhemin qızını oğurlamaq istədilər  |     21:21 “Mənim üçün insanın yaş anlayışı yoxdur" - Altmış yaşlı əməkdar artistdən maarqlı etiraf  |     21:17 “Atamın sözündən çıxa bilmədim, bir dəfə toya getdim, çıxanda gördüm ki...”  |     20:55 “Qadınla-kişi arasında söz-söhbət olubsa, günah kişidədir” - Elton  |     20:51 Brilliant Dadaşova yenə Laləni onu təkrarlamaqda günahlandırdı  |     18:14 Şagirdlərin nəzərinə: İmtahanların nəticələri ELAN olundu  |     17:46 Azərbaycanlı aktrisaya bir gündə iki SÜRPRİZ: Evlilik təklifi və lüks avtomobil  |     17:00 Azərbaycanda gözəllik müsabiqəsinin qalibi tənqid olundu  |     16:58 "İndi Günayla Sevda boşqab, şüşə, qəlb sındırırlar"  |     16:55 Zelenski Azərbaycan əsilli komandirə "Ukrayna Qəhrəmanı" adı verib  |     14:11 Medianews.az saytı yeni dizaynda  |     11:42 Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı  |    

Məhkumlar "Omicron"dan necə qorunur?

Sosial 16.01.2022 77

Artıq 2 ildir ki, bütün dünya koronavirus infeksiyası ilə üz-üzədir və bu ümumbəşəri bəla ilə mübarizə bu gün də davam etdirilir. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələrinə, strategiyalarına uyğun olaraq dünya dövlətlərində COVID-19 pandemiyasına qarşı preventiv tədbirlər həyata keçirilir. Ölkəmizdə də pandemiyanın ilk günlərindən cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

Məlumdur ki, bu virusa yoluxmanın qarşısını almaq üçün sadə tələblərə əməl olunmalıdır, başlıcası, qoruyucu maskadan istifadə etmək, mütəmadi dezinfeksiya və sosial məsafə saxlamaq, virusa yoluxan şəxsləri test edərək müəyyən etmək və onları təcrid etmək.

Bu kimi tələblər qapalı mühit və məkanlarda xüsusilə önəmli olmaqla insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Çünki qapalı mühitdə infeksiyanın yayılma riski daha yüksəkdir, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məhkum və həbs edilmiş şəxslərin saxlanıldıqları penitensiar müəsissələrdə də.

Təsadüfi deyil ki, ÜST-ün təhlillərinə görə, həbsxanalarda yoluxucu xəstəliklərin (məsələn, vərəm) yayılma riski 100 dəfə daha yüksəkdir. Belə xəstəliyin cəmiyyətdən penitensiar müəssisələrə keçməsi üçün həbsxana divarları qətiyyən maneə deyil.

Ona görə də koronavirusun yoluxduruculuğunu nəzərə alaraq ÜST öz məlumatında qeyd edir ki, cəzaçəkmə müəssisələrində və digər azadlıqdan məhrumetmə yerlərində insanlar qapalı mühitdə və bir-birlərinə yaxın yerlərdə - xəstəliklərin ötürülməsini asanlaşdıran şəraitdə yaşayırlar. Həm də onlar ümumi əhali ilə müqayisədə daha təhlükəli risk qrupuna daxildirlər. Bütün bu amillər penitensiar müəssisələrdə olan insanları infeksiyalara qarşı daha həssas edir.
Məhz buna görə ölkəmizdə dövlət başçısı tərəfindən risk qrupuna daxil olan yaşı 65-dən yuxarı olan məhkumların tam əksəriyyəti pandemiyanın ilk günlərində əfv olunaraq azadlığa buraxılmışdır.
Bundan əlavə, penitensiar müəssisələrdə zəruri preventiv tədbirlər də həyata keçirilmiş, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ÜST-ün tövsiyələrinə uyğun müvafiq qaydalar, tələblər müəyyən edilmiş, məhdudiyyətlər tətbiq edilmişdir.
Koronavirusun yayılma riski və bununla bağlı ölkəmizdə sərt karantin rejiminin elan olunması nəzərə alınaraq, əvvəllər məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılmışdı, aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim-mütəxəss və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilirdi, halbuki bəzi dövlətlərdə həmin şəxslərin müəssisələrə girişi müvəqqəti olaraq qadağan edilmişdi.

Bütün penitensiar müəssisələrdə qısamüddətli görüş otaqları sanitar-epidemioloji tələblərə uyğun yenidən qurulmuş, şüşə arakəsmələr və kabinalar quraşdırılaraq danışıq qurğuları ilə təchiz edilmiş, həmçinin məhkumlarla onlayn görüşlərin təşkili, eləcə də cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında keçirilməsi imkanı yaradılmışdır.

Sonralar karantin rejiminin yumşaldılması çərçivəsində məhkumlara sovqat və banderolların ötürülməsi, görüşlərin verilməsi bərpa olunmuşdur.
Həmçinin ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilmiş, buster dozanın vurulması isə başa çatmaq üzrədir.

Lakin bəzən sosial şəbəkələrdə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair mənfi fikirlərə rast gəlinir, məhkumlarla görüşə gələn şəxslər, o cümlədən bəzi vəkillər tərəfindən koronavirus testindən keçmək tələbinə narazılıq ifadə olunur.

Bildirməliyəm ki, məhkumların ailəsi və yaxınları ilə qısamüddətli görüşləri zamanı hazırda COVID-19 pasportu tələb olunur. Uzunmüddətli görüşlərin verilməsində isə bununla yanaşı, PCR testdən keçmək lazım gəlir. Həmçinin vəkil, müstəntiq və digər şəxslərin məhkumlarla görüşlər zamanı testdən keçmək zərurəti vardır. Çünki hazırda koronavirusun yeni “omicron” ştamı dünyada daha sürətlə yayılır və yoluxdurma qabiliyyəti daha yüksəkdir, artıq Azərbaycanda da bu ştama yoluxma halı qeyd alınıb. Bununla əlaqədar penitensiar müəssisələrdə qabaqlayıcı tədbirlər daha da gücləndirilməli, epidemioloji vəziyyət daim nəzarətdə saxlanılmalı və əvvəldə qeyd etdiyim amillərə görə, virusa yoluxma riski yüksək olan məhkumların həyat və sağlamlıqlarının qorunmasına diqqət artırılmalıdır.
Bütün bunlar virusa qarşı testin götürülməsini vacib edir. Müqayisə etsək görərik ki, bəzi digər dövlətlərdə koronavirus testləri verərkən kifayət qədər yüksək ödəniş etmək və hətta bunun üçün uzun növbələrdə gözləmək lazım gəlir, ölkəmizdə isə belə testlər daha münasib və əlçatandır.
Buna baxmayaraq penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və s. şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsini təşkil etmişdir.

Həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizə müraciət edə bilərlər.

Eyni zamanda buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspess test verməklə içəri daxil ola bilərlər.

Unutmaq olmaz ki, vəkil, müstəntiq, həkim, psixoloq və digər bu kimi peşə sahibləri gündəlik fəaliyyələrində müxtəlif insanlarla daha sıx və tez-tez təmasda olurlar və onların virusa yoluxmuş şəxslərlə qarşılaşmaq ehtimalı daha çoxdur. Heç də təsadüf deyil ki, ötən dövrdə müxtəlif peşə sahibləri, o cümlədən vəkillər arasında yoluxanlar və həyatını itirənlərin sayı az olmamışdır.

Bütün bu məhdudiyyət və tələblər, ilk növbədə məhkumların həyat və sağlamlığının qorunmasına yönəlmişdir. Çünki mövcud təcrübədə onların yaxınları, bəzi hallarda vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlinmişdir.

Buna rəğmən məhkumların hüquq və mənafelərini qorumalı olan vəkillərin onların sağlamlığına biganə yanaşmaları təəccüb və təəssüf hissi doğurur.
İnanıram ki, koronavirus bəlasına biz hamımız birlikdə qalib gələcəyik, çünki biz birlikdə güclüyük!

Aynur Sabitova,
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi



Starxeber Bizi instagramda izləyin




Bütün Xəbərlər