17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Britaniyadan Azərbaycana daha bir DƏSTƏK - Elektrik enerjisi bazarı liberallaşdırılır
İqtisadiyyat 13.01.2022 289

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) və Böyük Britaniyanın tənzimləyici qurumu “Ofgem”in mütəxəssisləri arasında enerji tənzimləmə sahəsində elektrik enerjisi bazarının liberallaşdırılmasına və sektorlar üzrə komponentlərin bir-birindən ayrılmasına dair növbəti məsləhətləşmələr keçirilib.

Bu barədə Bizim.Media-ya EMTA-dan məlumat verilib.

Azərbaycanın elektrik enerjisi sektorunda liberallaşdırılmaya dair ilkin təqdimatla çıxış edən EMTA-nın Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin mütəxəssisi Elçin Mirzəyev Azərbaycanda elektroenergetikanın inkişaf tarixinə dair geniş icmal verərək elektrik enerji bazarının mövcud vəziyyəti və ötən dövr ərzində bu sahədə görülmüş işləri diqqətə çatdırıb.

“Ofgem”in İnvestorlarla əlaqələr üzrə baş meneceri Aidan Stringfello Böyük Britaniyanın elektrik enerjisi bazarının liberallaşdırılması və sektorlar üzrə komponentlərin bir-birindən ayrılması tarixi, eləcə də enerji siyasətinin inkişafının əsas mərhələləri barədə məlumat verərək “Ofgem”in istehlakçı maraqlarının qorunmasında və rəqabətin təşviq edilməsindəki rolundan danışıb.

“Ofgem”in Strategiya və karbonsuzlaşdırma üzrə direktor müavini Eleanor Vud elektrik enerjisi istehsalının ötürücü şəbəkədən ayrılması tarixindən danışaraq topdansatış bazarlarında rəqabətin tarif tənzimləməsi və əlverişli investisiya mühiti yaradılması kimi tədbirlər vasitəsilə təşviq edildiyini vurğulayıb.

“Ofgem”in Pərakəndə bazar siyasəti şöbəsinin rəhbəri Megna Tevari isə pərakəndə bazarda təchizatçı və istehlakçı münasibətlərində, eləcə də tarif tənzimlənməsində “Ofgem”in həyata keçirdiyi siyasəti diqqətə çatdırıb. M.Tevari bildirib ki, bazarda qiymətlər əlçatan olmalı və həssas istehlakçı qrupları nəzərə alınmalıdır.

Məsləhətləşmələr interaktiv sual-cavab sessiyası ilə davam edib.






Starxeber Bizi instagramda izləyin