22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Ticarət mərkəzləri tezliklə bağlanacaq – Zəruri AÇIQLAMA
Sosial 13.01.2022 232

Müasir günümüzdə online alış-veriş etmək dünyanın ən böyük trendinə çevrilib.  Artıq ərzaqdan tutmuş mebel, elektrik avadanlıqlarına qədər lazım olan əşyaları online şəkildə, vaxt itirmədən əldə edə bilirk. Bu ənənənin daha geniş vüsət almasına pandemiya dövrü daha çox təsir etdi. Dünyada olduğu kimi, Azərbaycanda da elektron ticarətə təlabat günü-gündən artmaqdadır.

Lakin yerli sahibkarlar bu trenddən çox narahatlıq keçirirlər. Müştərilərin mağazalara gəlmədiklərini, qazanclarının aşağı düşdüklərindən şikayətlənirlər. Hətta online alış-veriş siyasətində ağır gömrük qərarlarının tətbiq olunmasını istəyirlər.

Görəsən doğrudan da online-alış veriş yerli bazaraların inkişafına mane törədirmi? 

Bizim.Media olaraq sualımızı iqtisadi ekspert Natiq Cəfərliyə ünvanladıq. O, əksinə olaraq yerli sahibkarları yeni dünya düzəninə uyğunlaşmalarını və uyğun şəkildə biznes plan qurmaqlarını tövsiyyə edib:

“Online alış-veriş artıq dünyanın ayrılmaz hissəsidir. Bunu hansısa yollarla qarşısını kəsmək, inzibati yollarla məhdudiyyətlər qoymaq doğru deyil. Bizim iş adamları da yavaş-yavaş online ticarətin sirlərini öyrənməlidirlər. Artıq dünyada böyük “Mall” lar və alış-veriş mərkəzlərinin bir neçə ildən sonra tarixə qovuşacağı haqqında ciddi müzakirələr gedir”.

Həmçinin ekspert yerli istehsalın təşviqi üçün indiki sistemin əlverişli olmadığını qeyd edib. Problemin həll yolunda hökümətin addım atmalı olduğu məsələləri diqqətə çatdırıb:

“Yerli istehsalın təşviqi üçün indiki sistem uyğun deyil. Bizdə yerli istehsal qonşu ölkələri və qardaş Türkiyəni nəzərə alsaq, yox saydadır. Türkiyə ilə bu istiqamətdə imzalanan 15 müqavilə əlaqələri genişləndirməyə,vergi rüsumlarını qarşılıqlı şəkildə ləğv edilməsinə köməklik edə bilər. Amma indi manatın məzənnəsi ilə türk lirəsinin ucuz olduğu bir dövrdə Türkiyə istehsalçıları ilə rəqabət etməyimiz mümkün deyil.

Biz nələrsə istehsal etsək də, onun maya dəyəri Türkiyədə istehsal olunan məhsulun dəyərindən baha olacaq. Ona görə də ölkədə başqa təşviq proqramlarına ehtiyac var.

Yerli istehsalçıların ayaqüstə qala bilməsi üçün uzunmüddətli kredit proqramlarında, kommunal və müəyyən xidmətlərdə hökümət güzəştlərinə ehtiyaclar var.

Onsuz da online ticarət olmayanda belə bizim yerli istehsalımız beləmi güclü idi? Xeyr. Bizim yerli istehsalımız zəifdir. Və bu zəifliyə online ticarət səbəb deyil.  İnkişafa gedən yol isə təvşiq proqramlarından keçir. Şəxsi istehlak üçün internet üzərindən alış-verişə gömrük tərəfindən limit azaldılıb.

Əvvəl 1000 dollara qədər alış-veriş edənlər indi 300 dollara qədər edə bilir. Amma limitin qoyulması heç də alıcıları online sifarişdən çəkindirmədi.

Məncə bu limit məsələlərinə bir son verib, kiçik sahibkarların qeydiyyatdan keçməsinə kömək olmaqla təşəbbüskarlığı artırmaq olar. Bu addım həm də dövlət büdcəsinə fayda verərək, müəyyən vergilərin ödənilməsindəki ehtiyacları qarşılayacaq.






Starxeber Bizi instagramda izləyin