17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Rusiyalı aparıcı Azərbaycandan üzr istədi - VİDEO
Dünya 13.01.2022 244

“Versus Battle” rep platformasının yaradıcısı, “Restorator” kimi tanınan Aleksandr Timartsev Qarabağla bağlı söylədiyi sözlərə görə azərbaycanlılardan üzr istəyib.

Bizim.Media lenta.ru saytına istinadən xəbər verir ki, bu mövzuda video onun İnstagram hekayəsində yer alıb.

“Mən bütün Azərbaycan sakinlərindən üzr istəyirəm. Sizə yalnız sevgi və hörmətim var. Çox sərxoş idim və nə dediyimi xatırlamıram. Mən sizi çox sevirəm, bu hərəkətimə görə məni bağışlayın. Niyə belə dediyimi bilmirəm. Azərbaycana qarşı ən böyük sevgim var. Mən bir daha üzr istəyirəm”, - restorator bildirib.

Söhbət bu yaxınlarda TikTok və bir sıra Telegram kanallarında yayımlanan 2020-ci ilin videosundan gedir.

Xatırladaq ki, o, Ermənistandan olan dostları ilə ziyafətdə Azərbaycan sakinlərindən Qarabağdan əl çəkməyi tələb edərək mahnı oxuyub.

Timartsevin sözlərinə görə, video bir il əvvəl çəkilib və yalnız indi şəbəkəyə daxil olub, onu başqa şəxs yükləyib.

Qeyd edək ki, rusiyalı aparıcı, aktyor Aleksandr Timartsev 28 iyul 1988-ci ildə Rusiyanın Murmansk şəhərində anadan olub.








Starxeber Bizi instagramda izləyin