17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Deputatların əksəriyyəti müharibə vaxtı mövqesizlik göstərdi” – AMİP SƏDRİ
Siyasət 13.01.2022 220

Azərbaycan parlamenti 10-15 nəfərin fəaliyyətini çıxmaqla, ölkədə baş verən hadisələrə və həyata keçirilən islahatlara adekvat reaksiya verə bilmir.

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib. 

Sualımız isə belə olub...

- Bir müddət öncə, Mərkəzi Seçki Komitəsi Milli Məclisdə boş qalan yerlər uğrunda seçkilərin keçiriləcəyini açıqlamışdı. AMİP nümayəndələri həmin yerlər uğrunda mübarizə aparmaq üçün namizədliklərini irəli sürəcəklərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın siyasi partiyalarından Baydenin mövqeyi ilə bağlı BƏYANAT

- Ölkədə keçirilən seçkilərdə partiyaların iştirakı vacib şərtlərdəndir. O ki qaldı parlamentdə boşalmış yerlərə təkrar seçkilərin keçirilməsinə, bu məsələ partiyanın müvafiq qurumlarında müzakirə olunacaq və daha sonra qərar veriləcək. Hələlik sözügedən məsələ ilə bağlı yekun qərar yoxdur. 

Məsələ ilə bağlı şəxsi mövqeyim ondan ibarətdir ki, parlamentdə boş qalan yerlərə seçkilər keçirilməsindən daha vacib olan məsələ, seçki sistemində dəyişikliklər edilməsidir. Belə ki, mövqeyimiz proposional, yaxud da qarışıq seçki formasının bərpa olunmasından sonra seçkilərin keçirilməsindən ibarətdir. Düşünürəm ki, boşalmış yerlərə seçkilərin keçirilməsi isə ölkənin siyasi həyatında elə də ciddi hadisə olmayacaq. 

Hesab edirəm ki, hazırki Azərbaycan parlamenti 10-15 nəfərin fəaliyyətini çıxmaqla, ölkədə baş verən hadisələrə və həyata keçirilən islahatlara adekvat reaksiya verə bilmir. Elə 2019-cu ildə parlament həmin səbəblə özünü buraxmışdı. Bu, xüsusilə də, Vətən müharibəsi dönəmində özünü büruzə verdi. 15-20 deputatdan savayı digərləri faktiki olaraq müharibə vaxtı mövqesizlik göstərdi, dövlətin mənafeyini müdafiə etmədilər, seçicilərlə təmasda olmadılar. Onlar mövqesizlik nümayiş etdirməklə bir daha sübut etdilər ki, ölkədə baş verən hadisələri arxalarıyca aparmaq gücündə deyillər”.  

- Keçmiş müsahibələrinizdən birində partiyada Etibar Məmmədovun tövsiyyəsinə ehtiyac olduğunu qeyd etmişdiniz. Bu ehtiyac hələ də davam edirmi?

- Etibar Məmmədov partiyanın cari fəaliyyətində heç bir formada iştirak etmir. O, 2004-cü ildə sədrlikdən istefa verdikdən sonra, partiyanın yenilənməsinə və gənclərin iştirakına ehtiyac olduğunu qeyd etmişdi. Lakin partiyanın fəxri lideri olaraq, bir sıra ölkə əhəmiyyətli məsələlərlə bağlı zaman-zaman ehtiyac duyulduqca, siyasi təcrübəsi olan lider kimi E.Məmmədova müraciət edilir. 






Starxeber Bizi instagramda izləyin