17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İşlənmiş batareyalar xəstəlik yayır - Xərçəng, karlıq, göz zəifliyi....
Maraqlı 12.01.2022 222

Batareyaların ziyanı zibil qutusuna düşdükdən və ya sadəcə küçəyə atıldıqdan sonra başlayır.

Köhnə batareyaları hara gəldi atmaq, xüsusilə də uşaqlara oynamağa vermək olmaz. Belə batareyalar istifadədən sonra xüsusi qutulara atılmalıdır. Xarici ölkələrdə bu üsul geniş tətbiq olunur.


Medicina.az xəbər verir ki, batareyaların tərkibindəki kimyəvi maddələr torpağa, suya, havaya qarışaraq, canlıların xəstələnməsi və zəhərlənməsi ilə nəticələnir.

Tullantı batareyaların səbəb olduğu xəstəliklərdən başlıcaları, nevroloji pozğunluqlar, mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləridir. Batareyaların içindəki bütün maddələrin zərəri bəzən öldürücü dərəcəyə çata bilir. Maddələr torpağa qarışaraq heyvanların yediklərindən, ya da sulardan insan bədəninə qarışır. Batareyalar torpağı istifadəsi mümkünsüz hala gətirir.

İşlənmiş batareyanın evdə, torpaqda, boş ərazidə, suda qalması ilə toksiki maddələrin insan orqanizminə keçməsi nəticəsində mənşəyi bilinməyən şişlər, görmənin zəifləməsi, dəri xəstəlikləri, dermatit, eczema, sümük əriməsi, böyrəklərdə duzlar, daşlar, şişlər, ağciyər xəstəlikləri, allergik bronxit, uşaqların qüsurlu doğulması və gec inkişafı kimi xəstəliklər yaranır.

Civə və civə birləşmələri insan və ətraf sağlamlığı baxımından çox təhlükəlidir. Batareyadakı civə sürətlə dəri və ya tənəffüs yolu ilə bədənə girə bilər. Sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bundan başqa, bədənə alınan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı aparılan tədqiqatlarla müəyyən edilib. Civə konsentrasiyasının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızarma və yaralara, gözlərin zərər görməsinə səbəb olur.

İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə eşitmə pozğunluğu, mərkəzi sinir sisteminin pozulması və xərçəngə, böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına gətirib çıxarır.

Cəmiyyətimiz batareyaların təkrar istifadəsi probleminə az diqqət yetirir. Hər birimiz gələcək nəslin sağlamlığına diqqət yetirməli və istifadədən sonra batareyaların təkrar emalını təşviq etməliyik. /aztibb.az/






Starxeber Bizi instagramda izləyin