17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Suraxanıda oğurluq edən şəxslər saxlanıldı - VİDEO
Kriminal 12.01.2022 238

Suraxanıda orta məktəbdən, avtomobillərdən və evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Operativ24.Az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

Əməliyyat zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş Əli Səfərov və Əli Nəbiyev tutularaq istintaqa cəlb ediliblər. Araşdırma zamanı onların ümumilikdə 7 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonundan maqnitafon və digər qiymətli əşyalar oğurladıqları məlum olub. Həmçinin bu şəxslərin Suraxanı rayonunda yerləşən orta məktəblərdən birinə oğurluq məqsədi ilə daxil olaraq oradan kompüter avadanlıqları və 1 ədəd velosiped oğurladıqları sübuta yetirilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində evlərdən oğurluq edən paytaxt sakini Ramin Qocayev saxlanılıb. Onun ümumilikdə 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.







Starxeber Bizi instagramda izləyin