22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
EHİM e-iştirakçılığa dair BMT-nin tədbirində iştirak edib
Sosial 12.01.2022 321



    10-11 yanvar tarixində BMT tərəfindən qlobal e-iştırakçılıq üzrə vörkşop keçirilib. 

Vörkşopun keçirilməsində əsas məqsəd e-iştirakçılıq siyasətinin gücləndirilməsində institusional və liderlik potensialının formalaşdırılmasıdır.  

 On beş ölkədən nümayəndələrin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov çıxış edib. O,  Azərbaycanda e-iştirakçılığın təmin edilməsi istiqamətində görülən işlər, eləcə də “ASAN Login”, “myGov”, “ASAN müraciət”, “Rəqəmsal icra hakimiyyəti”, “ASAN Viza” layihələri haqqında geniş məlumat verib.

     Onlayn rejimdə təşkil olunan beynəlxalq tədbirdə, həmçinin BMT-nin Elektron Hökumətin İnkişafı İndeksinin 2020-ci il hesabatında Azərbaycanın e-iştirakçılıq indeksi üzrə uğurlu layihələrindən sayılan “İdeya Bankı”, “myGov” (xüsusilə “əks əlaqə” modulu) və “ASAN Login” sistemi barəsində də məlumat verilib.  Dövlət xidmətlərinin tətbiqi zamanı vətəndaş iştirakçılığının da nəzərə alınması məqsədilə həyata keçirilən bir sıra təşviqat layihələri, xüsusilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı, “Rəqəmsal Hökumət” könüllü təşviqat proqramı, "Rəqəmsal İcra Hakimiyyəti İnformasiya" Sistemi, “ASAN müraciət” sistemi və digər istiqamətlərə toxunulub. Bundan əlavə mövcud sosial media platformaları üzərindən, eləcə də ASAN Radioda yayımlanan ”Rəqəmsal Azərbaycan” verilişi vasitəsilə ictimaiyyətin mütəmadi məlumatlandırılması diqqətə çatdırılıb.

     Tədbirdə BMT-nin Elektron Hökumətin İnkişafı İndeksinin 2020-ci il üzrə müqayisəli hesabatına da toxunulub. Həmçinin bildirilib ki, 2022-ci ildə təqdim ediləcək hesabat sənədinə daxil edilməsi üçün BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinə üzv ölkələr tərəfindən olduqca geniş məlumatlar daxil olub.

     BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən təşkil olunan vörkşop çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, habelə mütəxəssislər, özəl sektor və vətəndaş cəmiyyəti tərəfindən e-iştirakçılığın inkişaf trendləri, bu istiqamətdə siyasət və yanaşmaları paylaşılır.






Starxeber Bizi instagramda izləyin