Bakıda Gürcüstan vətəndaşı avtomobillə qadını vuraraq öldürüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 11-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Gürcüstan vətəndaşı Renat Nəbiyev idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Radə Qəhrəmanovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.