Ermənistan daha 1 hərbçisinin öldüyünü etiraf edib

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədərkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, bu, 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.

Bununla da yanvarın 11-də məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb.

Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində qarşı tərəf itki verərək geri çəkilib.


Showxeber Bizi instagramda izləyin



Qarabağ 12.01.2022 164
Bütün Xəbərlər