17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Zamiq Hüseynovun xeyriyyə məqsədli konserti baş tutdu - FOTOLAR
Mədəniyyət 8.01.2022 278

Müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında “Var ol” adlı konsert proqramı ilə çıxış edib.
 

Konsertdən öncə media nümayəndələrinin suallarını cavablandıran ifaçı konsertin xeyriyyə məqsədli olduğunu, şəhid və qazi ailələrinə həsr edildiyini bildirib.

 
 

Moderator.az xəbər verir ki, ifaçı konsert öncəsi çox həyəcanlı olduğunu etiraf edib: “Səhnənin hər anı həyəcanlıdır. Heydər Əliyev Sarayının səhnəsi arzularımın səhnəsidir”.

 


 

Bu dəfə konsertinə çox az sayda sənət dostunu dəvət edən Hüseynov digərlərinin ondan inciməyəcəyini, bunu anlayışla qarşılayacaqlarını bildirib.

 

O, karantin məhdudiyyətlərinin tam aradan qaldırılandan sonra bir neçə gün ard-arda konsert verməyi planlaşdırdığını deyib: "Bu günə qədər 20 illik səhnə fəaliyyətimdə Qarabağsız çıxış edirdim. Bu gün bütöv bir ölkənin, qalib ölkənin sənətçisi kimi sizin qarşısınızda çıxış edirəm. Bu gün konsertini ithaf ünvanı tamam fərqlidir. Sevincimin həddi hüdudu yoxdur. Artıq əsirlər boyu işğal altında olan Azərbaycanımızın 30 illik həsrətində olduğumuz Qarabağı işğaldan azad etdik. Bu sevinci bizə yaşadan qəhrəmanlarımızın önündə baş əyirik. Müzəffər ordumuzun gücü sayəsində cənab prezident Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyatı nəticəsində torpaqlarımızın geri qaytrdışıq. Bu gün şərəflə deyirik Qarabağ Azərbaycandır. Gözün aydın Azərbaycan".

 

 


 

Konsertin əvvəlində Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən konsertdə tamaşaçı qismində əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alıb.

 


 

Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək






Starxeber Bizi instagramda izləyin