Telefon və kompüter oyunlarından asılılıq rəsmən xəstəlik elan edildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıyıb.

Operativ24.Az xəbər verir ki, indi oyun asılılığı Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının 11-ci yeniləməsinə daxil edilib. Bu, psixi pozğunluğun bir növü kimi tanınır.

"Kompüter oyunlarından asılılığının diaqnozunu yalnız təlim keçmiş tibb mütəxəssisləri qoya bilər. Ona görə də oyun pozğunluğunun diaqnostik təsvirini qohumlara və ya dostlara şamil etmək olmaz. Bu, həkimlərin müstəsna hüququdur", - o vurğulayıb.

Agentliyin müsahibi qeyd edib ki, bayram günlərində insanların çoxu kompüter arxasında, o cümlədən video oyunlar oynamaqla daha çox vaxt keçirir. Bununla belə, oyun fəaliyyətinin artmasının xəstəlikdən xəbər verdiyini söyləmək olmaz. Bu nəticələr mütəxəssislər tərəfindən çıxarıla bilər.

Xəstədə il boyu onun həyatının bir çox sahəsinə, o cümlədən ailəsinə və peşə həyatına mənfi təsir göstərən oyun pozğunluğu əlamətləri görünməlidir.
Bununla belə, kompüter sənayesinin nümayəndələri oyun aludəçiliyinin xəstəliklər siyahısına salınmasının əleyhinədirlər. Onlar hesab edirlər ki, oyunların "tərbiyəvi və müalicəvi" funksiyaları var.

//oxu24.com


Showxeber Bizi instagramda izləyin



Maraqlı 6.01.2022 55
Bütün Xəbərlər