Rusiyanın Tümen vilayətində Antipinsk neft emalı zavodunda yanğın baş verib.
Redaktor.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilib ki, yanğın mazut emalı qurğusunda başlayıb və 100 kvadrat metr ərazini əhatə edib. Yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.