22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Türk düşməni nazir oldu - FOTO
Dünya 4.01.2022 500

Niderland parlamentində Türkiyəyə qarşı düşmənçilik nümayiş etdirən Dilan Yeşilgöz yeni kabinetdə vəzifəsinin icrasına başlayacaq.

Operativ24.Az xəbər verir ki, Niderlandda martın 17-də keçirilən ümumxalq seçkilərindən keçən 271 günlük danışıqlar prosesindən sonra yeni hökumətin qurulmasına başlanılıb və koalisiya hökumətində təmsil olunacaq nazirlərin adları dəqiqləşib. Beləliklə koalisiya hökumətində türk əsilli 2 qadın nazirin də yer alacağı məlum olub.

Liberal sağçı, Azadlıq və Demokratiya Partiyasının (VVD) millət vəkili Dilan Yeşilgöz Zegerius Niderlandın yeni təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək. "Demokratlar 66” Partiyasının (D66) üzvü Günay Uslu mədəniyyət və mediadan məsul dövlət naziri olacaq. Niderlandın yeni ədliyyə naziri Dilan Yeşilgöz Türkiyənin qatı düşməni kimi tanınır. 1984-cü ildə terror təşkilatı PKK-ya  və sol terror təşkilatlarına bağlı silahlı kimi Niderlanda qaçan Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz atasının "missiyasını” davam etdirir.

Əvvəlki açıqlamalarında türkləri və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməyin azad olduğu haqda fikirləri dəstəkləyən Yeşilgöz, 2018-ci ildə Niderlandda  qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli deputatdan biri olub. Qeyd edək ki, 1977-ci ildə Tuncelidə doğulan Dilan Yeşilgöz, 2014-cü ildə həkim Rene Zegeriusla ailə həyatı qurub. O, holland, ingilis və kürd dillərini mükəmməl bilir.
 
Konkret.az/






Starxeber Bizi instagramda izləyin