Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.
"Report" bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva həyat yoldaşı,1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə qətlə yetirib. Faktla bağlı araşdırmalara başlanılıb.