Gürcüstanda daha 3 590 nəfərdə koronavirus aşkarlanıb, 67 nəfər ölüb

Gürcüstanda son sutka ərzində koronavirusa 3 590 yeni yoluxma faktı qeydə alınıb, 1 955 nəfər müalicə olunaraq sağalıb, 67 pasiyent vəfat edib.

Report`un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 942 173 nəfərdə aşkarlanıb. Onların 904 903-ü sağalıb, 14 009-u isə ölüb.


Showxeber Bizi instagramda izləyin



Dünya 4.01.2022 89
Bütün Xəbərlər