17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Qazın bahalaşmasına etiraz edənlər başçını qovdu – Baş nazir təcili komissiya yaratdı
Dünya 4.01.2022 144

Qazaxıstanda qazın qiymətinin qaldırılmasına etiraz edən xalq kütləsi danışıqlara gələn akimi (vilayət başçısı) qovub.

Operativ24.Az xəbər verir ki, bu haqda  “Azadlıq” radiosunun Qazaxıstan redaksiyası məlumat yayıb.
Qazaxıstanın Janaozen şəhərində keçirilən “qaz” aksiyasının iştirakçıları danışıqlara gələn Manqistau vilayətinin akimi Nurlan Noqayev və onun tabeliyində olan şəxsləri mərkəzi meydandan qovublar.

Regional administrasiyanın rəhbəri etirazçıların yanına gedərək bildirib ki, prezident Tokayevin göstərişindən sonra hakimiyyət nümayəndələri yanacaqdoldurma məntəqələrinin sahibi olan fərdi sahibkarlarla görüşüb və yanacaqdoldurma məntəqələrində qiymətlərin 85-90 təngəyə(təxm.33-35 qəpik) enməsi ilə bağlı razılığa gəlib. Bununla belə, sakinlər qiymətlərin 50 təngəyə(təxm. 19 qəp.) endirilməsini tələb etməkdə davam ediblər. Onlar Noqayevi çıxışını davam etdirməyə imkan verməyiblər və onu “nağılçı” adlandırıblar. Bundan sonra vilayət başçısı meydanı tərk edib.
Daha əvvəl bildirilmişdi ki, etirazçılar Aktau hava limanına gedən yolu bağlayıblar.  Şahidlərin sözlərinə görə, yanvarın 3-də hava limanına iki hərbi nəqliyyat təyyarəsi eniş edib.

Qazaxıstanda etirazlar yanvarın 2-də səhər saatlarında Janaozen və Manqistau vilayətinin digər yaşayış məntəqələrində başlayıb. Sürücülər litrinin qiyməti kəskin şəkildə 60 təngədən(təxm. 23 qəp.) 120 təngəyə (təxm. 47 qəp.) qalxmış maye qazın maya dəyərinin azaldılmasını tələb ediblər. 
“Sputnik-Qazaxıstan”ın yanvarın 3-də hökumətin mətbuat xidmətinə istinadla yaydığı digər məlumata görə,  Qazaxıstanın Baş naziri Əsgər Mamin respublikada maye yanacağın qiymətinin aşağı salınması üçün tədbirlər görəcəyini vəd edib. O, bununla bağlı xüsusi komissiya yaradılması barədə göstəriş verib.

“Hökumət dövlət başçısının tapşırığına əsasən, mayeləşdirilmiş neft qazının qiymətinin tənzimlənməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Rəqabətin Mühafizəsi və İnkişafı Agentliyi yanacaqdoldurma məntəqələrinin sahibləri ilə bağlı qiymət sövdələşməsinə görə araşdırmaya başlayıb” -  məlumatda belə deyilir.

Mətbuat xidməti qeyd edib ki, komissiyanın işinin məqsədi - qazın 1 litri üçün qiymətin 120 təngədən(təxm. 47 qəp.) 85-90 təngəyədək (təxm. 33 -35 qəp.) endirməkdir (moderator.az).






Starxeber Bizi instagramda izləyin