Bu gecə metropolitenin iş vaxtı bir saat uzadılacaq.
Bu barədə Operativ24.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və bayram gəzintisi nəzərə alınaraq, metropoliten stansiyaları 2022-ci il yanvar ayının 1-nə keçən gecə saat 01:00-a kimi sərnişinlərin girişinə açıq olacaq.