22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Ağdamda xəsarət alan "Bakcell" əməkdaşı danışdı: "Elə bildik bizim postdur" - FOTO
Hadisə 30.12.2021 272

Dünən saat 14-00 radələrində Ağdam rayonunda erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanan "Smart Com" MMC şirkətinin əməkdaşı Anar Rəhimli hadisə barədə danışıb.

Operativ24.Az-ın yerli bürosunun verdiyi məlumata görə, Anar Rəhimli Xaçın su anbarı istiqamıtində güllə yarası alıb.

"Xaçın su anabarı istiqamətindən qayıdırdıq və Talış yüksəkliyinə gedəcəkdik. Qarşımıza bir post çıxdı. İş yoldaşım avtomobildən düşüdü ki, yolu açsınlar. Düşündük ki, bizim postdur. Amma iş yoldaşım qaçaraq avtomobilə əyləşdi və dedi ki, təcili sür arxaya, bura erməni postdur. Avtomobili geriyə çevirən zaman düşmən atmağa başladı. Biz mülki geyimdə və mülki avtomobildə idik. Güllənin biri qoluma dəydi, sümüyüm sındı. Avtomobili idarə edə bilmədim, maşın dirəyə çırpıldı və o dərəyə düşüb aşdı. Sürünərək avtomobildən çıxdıq. Mən orada qaldım, iş yoldaşım telefon şəbəkəsi olan əraziyə qaçdı və kömək çağırdı.Təcili yardım gəldi və bizi əvvəl hərbi hospitala, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə gətirdilər", - deyə Anar Rəhimli bildirib.

Məlumat üçün qeyd edək ki, A.Rəhimlinin müalicəsi davam edir. O, əməliyyat ediləcək.






Starxeber Bizi instagramda izləyin