10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirildi
Mədəniyyət 30.12.2021 341

İstanbulda YUNESKO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Nəcəfovanın sərgisi keçirilib.


 Esmira Gül, Refik Aziz kimi rəssamlardan dərs alan sənətçinin 2 il ərzində 60-a yaxın əsəri var. 

Sərgidə 34 rəsm əsəri nümayiş olunub. Bu, rəssamın ilk sərgisidir:

“Uzun zamandır sərgi etmək istəyirdim. Sərgimi fərqli keçirmək istədim, heç bir mövzu qoymadım. Hər bir əsərimi çox sevirəm, mənim üçün bir tale, həyatdırlar. Onları nümayiş etdirmək, insanlara təqdim etmək çoxdankı arzum idi. Sərgi zamanı yanımda olan, mənə ruh verən hər kəsə, ailəmə çox təşəkkür edirəm. Dostlarım hər zaman mənə dəstək oldular, çətin zamanlarımda onların verdiyi güclə ilhamlandım və bu rəsmləri ərsəyə gətirdim. İnşallah, Azərbaycanın hər bir bölgəsində sərgi etmək niyyətindəyəm. Hər şey səhmana düşəndən sonra Qarabağda da sərgi keçirmək arzularımdan biridir.Müəllimlərim Refik Aziz, Esmira Gül də mənə çox dəstək oldular, istedadlı olduğumu və bu yolda davam etməyimi istədilər. Onlara sonsuz təşəkkür edirəm və çox şadam ki, şagirdləri olmuşam, həyatımda gözəl izlər qoyublar”.


Sərgidə iştirak edən Refik Aziz Nərminə Nəcəfovaya YUNESKO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvlük vəsiqəsini təqdim edib:“Əslində, Nərminə xanımın bu sərgidə rəsmləri ilə insanları heyran qoymağınbın şahidi oldum. Eləcə də, sevindim ki, o, YUNESKO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvüdür”, - deyə Refik Aziz bildirib.


Qeyd edək ki, sərgidə iş adamları, müxtəlif sənət nümayəndələri iştirak edib. Tədbir zamanı daha çox təbiət mövzusunda rəsm əsərləri nümayiş olunub.

Onu da bildirək ki, N.Nəcəfova bundan öncə pandemiya dövründə iki onlayn sərgi keçirib.



https://youtu.be/7-TgAQldKcQ






Starxeber Bizi instagramda izləyin